Sahil Babayev və işçisi Şəhidin həyat yoldaşını aldadıb xərcə salıb

Sahil Babayev və işçisi Şəhidin həyat yoldaşını aldadıb xərcə salıb
 

Beyləqanda yaşayan Şəhid Elvin İsmayılovun həyat yoldaşı Şəhla Mirzəyeva redaksiyamıza zəng edərək ƏƏSM naziri Sahil Babayevin Murad adlı işçisi tərəfindən aldadıldığını bildirib:

"44 günlük müharibədə şəhid olmuş Elvin İsmayılovun həyat yoldaşı olaraq evim olmadığı barədə ardıcıl nazir Sahil Babayevə ərizə ilə müraciət etmişəm. Nazirliyin əməkdaşı Murad mənə zəng edib dedi ki, torpaq alın nazirlik sizə ev tikəcək.

Bundan sonra atam bankdan 11 min manat kredit götürüb 3 sot torpaq alıb. Torpaq alandan sonra Murada zəng edib 3 sot torpaq aldığımızı bildirmişəm. Murad isə mənə bildirir ki, nazirlik hələ 90-cı illərin şəhidlərinə ev tikir, sizə ev tikilməyəcək"!

Şəhla Mirzəyeva Sahil Babayevə sual edir: "Əgər şəhidin həyat yoldaşı kimi, nazirlik mənə şəxsi ev tikə bilməyəcəkdisə, nazirliyin əməkdaşı Murad nə üçün bizi bankdan kredit götürüb xərcə düşməyə şərait yaradıb"?!

Şəhidin həyat yoldaşı evinin olmamasından çox əziyyət çəkdiyini, nazir Sahil Babayevin və işçilərinin şəhid ailələrini aldatdıqlarını qəbuledilməz hal saydığını və bu barədə prezident İ. Əliyevə və Mehriban xanıma müraciət etdiyini bildirib.

Şahnaz

0.019379854202271