“Elektrolux-1” “Aqrolayn Qrup”a məxsus mağaza vətəndaşı aldadıb
Bakı şəhəri, Xətai rayonu, Pivzavod küç. ev 24, mən.8 ünvanında yaşayan Sadıxov Mahir Xalıq oğlu AİB sədri Eyyub Hüseynova müraciət edib. Müraciətdə deyilir : “05.03.2019-cu ildə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Elektrolux-1” “Aqrolayn Qrup”a məxsus mağazada (“Bakı” k/t yanı, telefon: (051)2554451) 8 Mart bayramı ilə əlaqədər endirim kompaniyası olduğuna ğörə, aşağıda geyd olunan malları nağd pul ödəməklə almışam:
1.Qabyuyan “Elektrolux” ESF95322LO
2.Mikrodalğalı soba “Elektrolux” EMT252070X
3.Kombi “Elektrolux” GCB32Hi-Tech
4.AKAI Smart 65EK1100SS2 televizoru
5.Soyuducu ”Zanussi” ZFU27400WA
6.Kondisioner “Elektrolux” MonakoEACS/1-12HM/N3
7.Kondisioner “Elektrolux” MonakoEACS/1-24HM/N3
8.Ankastr duxovka “Elektrolux” EZB53430
9.Panel qaz QPE363FX.
05.03.2019-cu il tarixində 5200 (beş min iki yüz) manat və 09.03.2019-cu il tarixində 2400 (iki min dörd yüz) manat ödəməklə, borcumu tam bağlamışam. Sonradan bildim ki, ödədiyim 8424.25 manat müqabilində mənə təqdim olunan maliyyə sənədləri rəsmi sənədlər deyil, saxtadır!
Malların çoxu (kondisioner, TV və s.) anbarda olduğuna görə və evimdə təmir işləri başlanması ilə əlaqədar, satıcı ilə razılaşdıq ki, 2-3 aydan sonra malları özləri çatdırsın. Evin təmir işləri uzadıldı, ona görə mallar ancaq 23.08.2019-cu il tarixində anbardan evə çatdırıldı. Qeyd etmək istəyirəm ki, həmin vaxt ərzində mən və satıcı tərəfindən heç bir narazılıq yox idi.
23.08.2019-cu il tarixində mağazanın Rafael adlı ustası alınan texniki avadanlıqları yerinə quraşdırıb mənə təhvil verib və malların çatdırılması günü zəmanət talonunda qeyd edilib. O, izah etdi ki, zəmanət 3 ilə verilir, yəni 23.08.2022-ci il tarixə qədər etibarlıdır.
Mən satıcıya zənq vuraraq minnətdarlığımı bildirdim və zəmanət talonun nə vaxta qədər etibarlı olmasını dəqiqləşdirdim. Satıcı təsdiqlədi ki, zəmanət 3 il, malların çatdırılma və quraşdırılma vaxtından qüvvədədir (yəni 23.08.22-ci il tarixədək).
Hazırda şikayətim ondan ibarətdir ki, alınan AKAI Smart markalı televizor alandan 12 ay keçməmiş işləmədi, məcbur olub satıcıya müraciət etdim, malın keyfiyyətli malla dəyişdirilməsini tələb etdim, o isə məni servisə yönəltdi. Televizoru M.Hadi küçəsi 63 ünvanda yerləşən servisə aparıb təhvil verdim. Təxminən 7 günə televizoru “düzəltdilər”. Bir müddət televizor işlədi, amma yenidən əvvəlki kimi oldu. Yenidən satıcıya zəng edib malın dəyişdirilməsini tələb etdim, satıcı yenə də məni servisə yönəltdi, malı yenidən əvvəlki servisdə qəbul edib saxladılar. 10.06.2022-ci il tarixdə televizor eynən əvvəlki kimi xarab oldu, ekran qaraldı, səs yox oldu. Beləliklə, zəmanət müddətində televizor eyni problemlə 3-cü dəfə xarab oldu! Hər dəfə (birinci dəfə təmirə verilməsi vaxtı) eyni qüsurun üzə çıxması ilə əlaqədar, TV-nin dəyişdirilməsini, ya da ki qaytarılmasını tələb etdim, tələbim yerinə yetirilmədi.
Servisdə dedilər ki, nöqsan aradan qaldırılıb və TV-də problem yoxdur. Əgər nöqsanı aradan qaldıra bilməsəydik, onda akt tərtib edərək mağazaya göndərərdik. Əmin olun ki, biz bütün sxemi dəyişdirdik və heç bir problem olmayacaq.
11.06.2022-ci il tarixində televizoru yenə də servisə təmirə verdim və öz narazılığımı bildirdim, dəyişdirilməsini tələb etdim. 13.06.2022-ci il tarixində servisdən bildirdilər ki, televizorda olan nöqsan zəmanətə düşmür və təmirə təxmini 350-400 manat ödəməli olacağam. Mağaza yerləşən ünvana getdim və məlumat aldım ki, mağaza bağlanıb.
14.06.2022-ci il tarixində “Elektrolux” şirkətinin rəhbərliyi ilə görüşmək və öz tələbimi demək məqsədilə Ə. Naxcıvani kücəsi 30/66 ünvanda yerləşən baş ofisə getdim. Lakin məni rəhbərliyin yanına buraxmadılar və mağazaya, ya da ki servisin şöbə müdirinə müraciət etməyi tövsiyə etdilər. Ümumiyyətlə, baş ofisdə heç məni dinləmədilər. Servisə zəng vuraraq, şöbə müdiri ilə görüşmək məgsədimi deyəndə dedilər ki, zəmanət talonun vaxtı bitib.
Sizdən xahiş edirəm ki, mənə satılmış AKAI Smart markalı televizorun eyni səbəbdən zəmanət müddətində üçünçü dəfə sıradan çıxması ilə əlaqədər, təzəsi ilə əvəzləndirilsin.
Xahiş edirəm, mənim istehlakçı hüququmun qorunmasına köməklik edəsiniz, televizor ya qüsursuz, eyni markalı televizorla dəyişdirilsin, ya da televizora ödədiyim 2000 manat mənə qaytarılsın”.
Paralel.az