Mədəniyyət nazirinin Beyləqanda keçirdiyi qəbula polis çağrılıb

Mədəniyyət nazirinin Beyləqanda keçirdiyi qəbula polis çağrılıb
 

 

Ölkə prezidentinin tapşırığı ilə xeyli vaxtdır nazirlər və komitə sədrləri rayonlarda vətəndaşların qəbulunu keçirirlər.

Bu qəbulun yerlərdə təşkili vətəndaşların problemlərini asan həll etmək üçün ən yaxşı vasitə hesab olunur.

Ölkədə vətəndaş qəbulunun keçirilməsi artıq bir neçə ildir davam edir. Təcrübə göstərir ki, qəbula gələn insanların əksəriyyəti məmurların əvvəlcədən hazırladığı şəxslər olur. Adətən, bu şəxslər qəbul keçirən vəzifəli şəxsi tərifləyir və razılıqlarını bildirirlər.

Mədəniyyət naziri Anar Kərimov 16.06.2022-ci il tarixdə Beyləqanda vətəndaşların qəbulunu keçirib. Qəbula gələn narazıları, həmişə olduğu kimi, qəbula buraxmamaq üçün baryer yaradılıb. Qəbulu təşkil edən məmurlar İmişlidən gələn bir neçə şikayətçi qadınları nazirlə görüşməyə imkan vermədiyinə görə, şikayətçilər hay-küy salıblar.

Qəbulun təşkilatçıları polis çağırıblar və nazir Anar Kərimovun keçirdiyi qəbul pozulub.

Şahnaz

0.014782905578613