Tolstoydan yeni mesajlar var

Tolstoydan yeni mesajlar var
 

Siracəddin Hacı:

TOLSTOY yazır:
- Bir padşah xəstələnir, ən gözəl həkimlər çox çalışsalar da, ona yardım edə bilmirlər. Sonra müdrik insanlar toplaşır, çıxış yolu axtarırlar, ancaq onlar da padşahı ölümün pəncəsindən qurtaracaq bir dərman tapmırlar.
Müdriklərdən biri padşaha deyir ki, bircə yol var, sənin ölkəndə elə bir insan tapmalıyıq ki, o hər halına şükür etsin, onun köynəyini sənə geyindirəcəyik, sən də xəstəlikdən qurtulacaqsan. Çox axtarır, bütün ölkəni ələk-vələk edirlər, ancaq belə bir insan tapa bilmirlər.
Bir gün padşahın yaxınlarından olan insan bir evin yanından keçərkən içəridə dua edən bir adamın səsini eşidir. O insan belə dua edirdi: Allahım, hər halıma görə Sənə şükür edirəm, Səndən çox razıyam. Padşahın yaxını çox sevinir, tapdım deyir, tez evə girir, gördükləri onu heyrətə salır: Allaha dua edən insanın əynində köynəyi yox idi...
Açması:
- Tolstoy deyir ki, padşahın ölümdən qurtara bilməməsinin səbəbi zülmüdür, o, hakimiyyətə ilahi əmanət kimi deyil, mülkiyyət kimi baxdı, insanlara zülm etdi, ədalətin, mərhəmətin, rifahın kökünü kəsdi, nəticədə, ölkədə halına şükür edən bircə insan da qalmadı;
- Tolstoy deyir ki, zülm öldürər, ədalət dirildər;
- Allah zalımlara deyil, ədalətlilərə çıxış yolu göstərər;
- Etdikləriniz qarşınıza çıxacaq;
- Zalımlar məğlub olacaqlar – qaçış yoxdur;
- Ədalət zülmdən güclüdür;
- Tolstoyun ölçüləri QURANİ-KƏRİMİN dövlət idarəçiliyinin əsasına qoyduğu bu yeddi dəyərə uyğundur: HƏR ŞEY İNSAN ÜÇÜNDÜR, HƏQİQƏT, ƏDALƏT, MƏRHƏMƏT, ƏHLİYYƏT VƏ LƏYAQƏT, MƏSLƏHƏT, RİFAH

Paralel.az
 
 

0.0171799659729