Xanım ərinin ayağını niyə yumamalıdır? - II yazı

Xanım ərinin ayağını niyə yumamalıdır? - II yazı
 

Siracəddin Hacı yazır...

Azərbaycanda qadın olmaq:
- istənməmək;
- ana bətnində öldürülmək;
- susdurulmaq;
- oxumamaq;
- zülmə razı olmaq;
- ərinin ayağını yumaq;
- yasaqlanmaq;
- istədiyini geyinməmək;
- ev həbsində tutulmaq;
- zorla ərə verilmək;
- uşaq yaşında evləndirilmək;
- fitrətinə uyğun yaşamamaq;
- sevgisini ifadə edə bilməmək;
- atası, qardaşları ilə qorxudulmaq;
- güvənsizlik;
- saçını süpürgə etmək;
- ərini məmnun etmək üçün yaşamaq;
- Rusiyada Nataşa ilə gəzən ərini gözləmək;
- pulu olmamaq;
- azadlığını itirmək;
- seçim haqqı verilməmək;
- hədələnmək;
- cinsi duyğularının olması qəbahət sayılmaq;
- saçı uzun olanın ağlı qısa olar deyilərək ələ salınmaq;
- qaynanasının süpərgəsi olmaq;
- iş verilməmək;
- döyülmək;
- taleyi kişinin iki dodağı arasında olmaqdır;

Paralel.az

0.022949934005737