Beyləqanda İdarə müdiri Şəhid anasını təhqir etdi...

Beyləqanda İdarə müdiri Şəhid anasını təhqir etdi...
 

10 iyun 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, Beyləqan rayonu Kəbirli kənd sakini, şəhid Rüstəmov Elnur İsmayıl oğlunun anası Salatın Rüstəmovanı həmkəndlisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan SSİ-nin müdiri Azim Kərimov təhqir edib, əxlaqsız və fahişə adlandırıb!!!

Görəsən bəs, idarə müdiri Azim Kərimovun bu hərəkətini Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov necə qiymətləndirəcək?!!

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan SSİ-nin müdiri Azim Kərimov o qədər harınlayıb ki, hatta şəhid anasını belə soyub təhqir edir, otaqdan qovur.

Azim Kərimovda oliqarxlaşma son 2 ildə özünü göstərir. Çünki saxta yolla gələn haram pul su kimi axır. Pulunun çoxluğundan gözü heç nəyi, heç kimi görmür.

Haram pulun çoxluğu Azim Kərimovu o qədər harınladıb ki, hətta övladını torpaq uğrunda qurban vermiş şəhid anasına dil uzadır, ona əxlaqsız, tərbiyəsiz deməyə belə dili gəlir?!

Azim Kərimova sual vermək gərəkdir ki, bəs sən hərbi səfərbərlik yaşı çoxdan çatmış oğlunu nə üçün utanmadan hərbi çağırışdan yayındırırsan, gizlədirsən və Şəhid anasını da həyasızcasına ən alçaldıcı sözlərlə təhqir edirsən?!

Əslində Azim Kərimovun Beyləqan Suvarma Sistemləri İdarəsində haram pul qazanmaq məqsədilə əl atmadığı cinayət, törətmədiyi oyun qalmayıb. Bircə şəhid anasına dil uzatmağı qalmışdı, onu da etdi. Şəhid anasının namusuna dil uzatdı, ona nələr demədi?!

Təəssüflə qeyd edirik ki, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri ölkə prezidenti tərəfindən dəyişsə də, bu sistemdə dərin kök atmış cinayətlər hələ də davam edir.

Məhz Azim Kərimovu həddini aşmağa vadar edən, Şəhid anasını təhqir etməyə cürətləndirən hər ay mütəmadi olaraq idarədə törətdiyi cinayətlərdir...

Paralel.az

0.016778945922852