Tolstoyun mesajları

Tolstoyun mesajları
 

Siracəddin Hacı:

Tolstoy yazır:
- Bir qadın evini bayrama hazırlamağa çalışır, əlindəki bez parçası ilə evin hər yerini, evdəki əşyaları silirdi, ancaq əsgi çirkli olduğundan evi, əşyaları pisliyə bulaşdırır, çirkabı hər yerə yayırdı. Qadın çox çalışdı, ancaq evi təmizləyə bilmədi, yoruldu, bezdi, üzüldü. Bu halı görən qonağı dedi ki, xanım, evi təmizləmək istəyirsənsə, öncə əsgini təmizlə, yu...
Açması:
- Dəyişim, təmizlik istəyirsənsə, özündən başla;
- Başqalarını dəyişdirməyə çalışma;
- Sən dəyişsən, səninlə bağlı çox şey dəyişəcək;
- Qəlbi, əxlaqı təmiz olmayan başqalarının qəlbini, əxlaqını təmizləyə bilməz;
- Tərbiyənin əsası söz deyil, işdir, gözəl örnək olmaqdır;
- Acısız, əməksiz, çiləsiz təmizlik, dəyişim, tərbiyə, inkişaf, böyümə, BAYRAM yoxdur;
Tolstoyun ölçüləri QURANİ-KƏRİMİN bu ayəsinə uyğundur: “... Heç bir şübhə yoxdur ki, bir toplumun fərdləri öz iç dünyalarını (anlayışlarını) dəyişdirmədikcə Allah da o toplumun gedişatını dəyişdirməz” (Rəd, 13/11)  

Paralel.az

0.029761075973511