Qurani-Kərimin vitamin olan mesajları

Qurani-Kərimin vitamin olan mesajları
 


Siracəddin Hacı: 

Mübarək/bərəkətli KİTAB buyurur: ŞÜKÜR ET!
- Şükür etmək insanı sakitləşdirir;
- İnsan sakit olanda duyğuları geri çəkilir;
- Ağıl önə keçir;
- Ağıl duyğuların əsarətindən qurtulur, ona hakim olur;
- Doğru qərarlar vermək imkanı ortaya çıxır;
- Nəticədə, insan bəlalardan qorunur – bəlaların çoxu insanın duyğulu olarkən ağıl duyğunun nəzarətinə keçərkən verdiyi qərarlarla bağlıdır;
- Şükür etmək bir də sənə verilənləri saymaqdır;
- Şükür ediləcək o qədər şey var ki: hər nəfəs, varlığın, ailən, gözəl insanlar, hüzur verən səs, roman, şeir, göy üzü, Günəş, rəngbərəng çiçəklər, sular, meyvələr, sağlamlıq, ədalət, azadlıq, xeyir, sevgi...;
- Şükür sahib olduqlarını – sənə verilənləri görmək, anlamaqdır;
- Nemətləri görəndə, sayanda;
- İnsan məsələlərə müsbət yöndən baxmaq imkanı qazanır;
- Nəticədə, ruhi darlıq yox olur, stress, qayğı, qorxu azalır, o, sıxıntılardan qurtulur;
- İnsan hüzura qovuşur;
- Deməli, şükür ağıldan doğru istifadənin yolunu açan, bəlalardan qoruyan, qayğılardan qurtaran, ruhi, psixoloji güc verən ilahi vitamindir;
- “Şükür etsəniz, nemətlərimi artıraram” ayəsini bu yöndən oxumağı öyrədən, sizinlə paylaşmaq imkanı verən Allaha şükür edirəm;

Paralel.az

0.02910590171814