Sabiq nazir Eldar Mahmudov Bakıda 180 mənzil kirayə verib

Sabiq nazir Eldar Mahmudov Bakıda 180 mənzil kirayə verib
 

Qiymətlər 1500 manatdan başlayır


“Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov heç nə etməmiş insan kimi, sərbəst şəkildə həyatını davam etdirir. Biznes fəaliyyəti ilə məşğuldur, paytaxtın mərkəzi bölgələrində 180 mənzili kirayə verib”.

Bunu Gununsesi.info-ya sabiq MTN şefi Eldar Mahmudovun biznes strukturlarında çalışan şəxslərdən biri bildirib. Onun sözlərinə görə, Mahmudovun kirayə verdiyi mənzillərin kirə haqqı 1500 manatdan başlayır.

Məlumat verən şəxsin dediyinə görə, mənzillərin hamısı Eldar Mahmudovun ailə üzvləri və yaxın qohumlarının adınadır.

Bundan başqa sabiq nazirin Babək prospektində bir neçə maşın salonu və avtomobil ehtiyyat hissələrinin satışı mağazaları fəaliyyət göstəriri.

Xatırladaq ki, E. Mahmudovun rəhbərlik etdiyi MTN ləğv olunsa da, əməkdaşların xeyli hissəsi həbsə atılsa da, Mahmudovun həbs olunmaması və əmlakının özündə qalmasının sirri xalqa məlum olmadığı üçün bu hadisə ilə bağlı cəmiyyətdə hələ də müxtəlif şayiələr dolaşır.

Mahmudovun Bakı kəndlərində villalar inşa etdirib, satdığını deyən mənbəmiz əlavə edib ki, sabiq nazirin yeganə qayğısı ölkədən çıxışına qoyulan məhdudiyyətdir.

MənbəGununsesi.info

0.049807071685791