5 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrafon"u qurulacaq

5 rayonda
 

NÖVBƏTİ HƏFTƏ DAHA 5 RAYONDA “AZƏRİQAZ” İB-NİN “AÇIQ MİKROFON”U QURULACAQ

Paralel.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (13-14.06 və 17.06) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, ikinci günü saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və 5-ci günü isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun Hacıalmuradlı kəndində baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.023499965667725