İsmayıllıda görüş keçirildi
"Sizdən xahiş edirəm ki, İsmayıllı rayonunun Kürdüvan və Xankəndi kəndlərinin qazlaşdırılmasını diqqətdə saxlayasınız. Mavi yanacağın olmaması bizlərə xeyli çətinlik yaradır".
Paralel.az xəbər verir ki, bu sözləri Xankəndi kənd sakini Cəsarət Mahmudov "Açıq mikrofon" aksiyası çərçivəsində İsmayıllı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan sakinlər sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi və qazlaşma ilə bağlı müraciət ediblər. Daxil olan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb.