Dərman bazarında özbaşınalıq

Dərman bazarında özbaşınalıq
 

İnhisarçılarımız brend dərman istehsalçılarını belə, saxtakarlığa razı sala bilirlər

Azərbaycanda səhiyyə sistemi qədər bərbad gündədirsə, dərman bazarı ondan beş-betərdir. Dərman mafiyası hər vəchlə dərman perparatlarını tibbi ləvazimatları daha ucuz alıb, baha satmağa çalışır. Normal ölkələrdə isə ucuz alınan, ucuz başa gələn məhsulu sahibkar digərlərinə nisbətən ucuz satmağa çalışır. Bizdə isə qədər ucuz alsalar da, daha baha qiymətə satmağa çalışırlar. Hamının tanıdığı sadə ağrıkəsicilər demək olar ki, təsirsiz, doldurucu materiallardan hazırlanıb heç bir təsiredici tərkibə malik deyil. Birin , ya beşini , heç bir təsiri olmayacaq. Diqqət etmisinizsə, stomatoloqlar həmişə diş çəkəndə ağrıkəsiciləri bir neçə doza vurur. Ona görə ki, ağrıkəsicinin tərkibindəki təsiredici maddə kifayət edəcək konsentrasiyaya malik deyil, maya dəyərini azaltmaq üçün təsiredici maddənin dozası azaldılıb. Hətta, bir neçə il əvvəl Avropa mediasında belə bir xəbər yayılmışdı ki, Azərbaycana Avropadan dərman idxal edən şirkətlər qeyri-standart dozaya malik dərmanlar sifariş edib. Rüşvət müqabilində sifariş yerinə yetirilsə , sonradan dərman istehsal edən  şirkətin fəaliyyəti barədə illik hesabat hazırlanarkən bu əməliyyat ifşa edilib. Şirkətin məsul işçiləri məsuliyyətə cəlb edilərək cəzalandırılıb. İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən brend dərman istehsalçıları, adətən belə möhtəkirləri yaxına buraxmırlar. Çünki bu cür qeyri-standart dozaya malik dərman vasitələri zəif təsirə malik olur ki, bu da alıcı qarşısında istehsalçı şirkətin nüfuzunu aşağı salır. Ona görə , istehsalçı şirkət belə hallara qarşı özü mübarizə aparır. Lakin görün bizim dərman idxal edən şirkətlərimiz möhtəkirlikdə qədər böyük təcrübəyə malikdir ki, alman şirkətini belə, dilə tutaraq onu öz maraqlarına uygun dərman istehsal etməyə razı sala biliblər. Bu hal ən azı bir neçə Avropa ölkəsində dəfələrlə təkrarlanıb.

Bir neçə il əvvəl bu sətirlərin müəllifi gözlərində yaranan problemlə bağlı həkimə müraciət edəndə, həkim ona antivirus peraparati olan "Atsklovir 400" təyin edir. Əczaçi aptekdə resepti görən kimi ona "Atsklovir 200"-ü məsləhət görür: "Rusiya istehsalıdır, qiyməti münasibdir". Bu münvalla əczaçının təklif etdiyi dərmanı alıb, müalicəyə başladım. 10 günə heç bir nəticə əldə edə bilmədim. Belə olan halda həkim dərmandan şübhələndi məndən hansı dərmanı içdiyimi soruşdu. Dərmanın qutusunu görən kimi dedi ki, onda "Zaviraks 400" qəbul et. Düzdür, "Zaviraks 400" əvvəlki dərmandan 25 dəfə baha idi, amma üç günə gözlənilən nəticə artıq əldə edildi. Həkim dərmanın keyfiyyətindən şübhələnməsəydi, gözlərimin görmə qabiliyyətini tamamilə itirəcəkdim. Sonradan həmin saxta "Atsklovir 200" antivirusal həbin laborator müayinədən keçirməyə müyəssər oldum. Təhlillər nəticəsində bəlli oldu ki, həmin həbin tərkibində 200 milliqram təsiredici tərkib əvəzinə cəmi 37 qram atsklovir var. Yəni həkimin təyin etdiyi bir dozanı almaq üçün bu həblərdən ən azı 11 ədəd içmək gərəkirmiş. Lakin çox təəssüflər olsun ki, bu laborator təhlilin aparılmasını əks etdirən rəsmi sənəd əldə edə bilmədik. Çünki həmin laboratoryanın belə bir təhlil aparmaq buna dair rəsmi sənəd vermək hüququ yox idi. Dövlət qurumlarına ünvanladığım müraciətlərə isə heç bir cavab ala bilmədim.

Bu günlərdə isə deputat Rüfət Quliyev ölkənin dərman bazarına dair ilginc açıqlama verib. O, deyib ki, əvvəllər 1 qram buraxılan dərmanlar indi 0,5 qram qablaşdırmada elə əvvəlki qiymətə təklif edilir. Yəni bu tip dərmanların qiyməti heç bir qərar olmadan, birdən-birə iki dəfə bahalaşdırılıb. Deputat əlavə edib ki, bu möhtəkirliyin qarşısı alınmasa, apteklərdə qiymətin bahalaşdırilmasında bu üsuldan istifadə genişlənəcək.

Bu bir nonsensdir ki, belə neqativ hallar Azərbaycanın dərman bazarında kifayət qədərdir. Bunun da başlıca səbəbi iqtisadiyyatın digər sahələri kimi, dərman bazarının da inhisarda olmasıdır. İnhisarçı şirkətlərin rəqibi olmadığına görə, istədikləri zaman qiymətləri qaldırır ya keyfiyyəti aşağı salır. Hər iki addım dolayısı ilə istehlakçının xərclərinin, inhisarçının isə mənfəətinin artmasına xidmət edir. Məsələnin kökündən həll edilməsi üçün dərman bazarında rəqabət mühiti yaratmaq ən vacib şərtlərdən biridir.

İndiki şəraitdə isə inhisarı aradan qaldırmaq üçün hökumət məsələyə ciddi yanaşmalı inzibati nəzarət sistemini gücləndirməlidir. Məsələn, Tarif Şurası həmin şirkətlərə irad tuta bilər ki, biz filan dərmanın bir qramını 5 manata qiymətləndirdiyimiz halda, siz üçün onun yarım qramını həmin qiymətə satırsınız? Bu, əslində ciddi qanun pozuntusudur. Digər tərəfdən Səhiyyə Nazirliyi dərmanların idxalına icazə verərkən bu məsələlərə eyni qaydada nəzarət etməlidir. Yəni zəif olsa da, indiki şəraitdə bu məsələlərə nəzarət mexanizmi var. Amma dövlət orqanları ya bu işə məsuliyyətsiz yanaşır, ya da onlar dərman firmaları qarşısında hər hansı bir səbəbdən acizdirlər.

0.020035028457642