Ağcabədi Mərkəzi xəstəxanasında törədilən cinayətlər sərhəd tanımır
Rayon əhalisi hər gün direktor Cəsur Paşayevlə müavini Təranə Məmmədovanın cinayətindən danışır...
Ağcabədi ölkənin əhalisi yüz mindən çox olan əyalətidir.İndi haqqında bəhs edəcəyimiz Ağcabədi Rayon Mərkəzi Xəstəxanası haqqında, qısa məlumat vermək istəyirik.
Mərkəzi Xəstəxananın əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir. Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir.
1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq
2.Terapiya şöbəsi 40 çarpayılıq
3.Pediatriya şöbəsi 30 çarpayılıq
4.Lor şöbəsi 10 çarpayılıq
5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır.
6.Onkoloji şöbə 10 çarpayılıq
7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq
8.Hemodializ şöbəsi 5 çarpayılıq
9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq
10.Vərəm şöbəsi 15 çarpayılıq.
Gördünüz kimi, söhbət müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi dövlətdən əmək haqqı alır.
Ağcabədi rayon Mərkəzi xəstəxanasında 125 nəfər həkim, 472 nəfər orta tibb işçisi, 17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısı işləyir.
Ötən yazımızda Agcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova haqqında bir çox məlumatları oxucularımızın nəzərinə çatdırmışdıq. Hətta onu da bildirmişdik ki, Təranə Məmmədovanı bu işlərdə kim himayə edir. Bəli, həmin himayə olunan və himayə edən şəxslərin də himayə edənləri var imiş. Söhbət Agcabədi Rayon Səhiyyə İdarəsinin, yəni Təranə Məmmədovanın direktoru Paşayev Cəsur Əşrəf oğlundan gedir. Cəsur Paşayev İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Saatlı və Sabirabad rayonlarında məlum pambıq zəhərlənmələri zamanı, xəstələri kütləvi şəkildə İmişli xəstəxanasına yerləşdirmişdilər. Həmin xəstələrdən dünyasını dəyişəndə olub, şəfa tapan da. Həmin vaxt çox çətin bir dövr olsa da, onda da Cəsur Paşayev vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Nədənsə hansısa sehrli əllər birdən-birə Cəsur Paşayevi, Ağcabədi Səhiyyə İdarəsinə direktor vəzifəzinə gətirdi.
Hal-hazırda Cəsur Paşayevlə Təranə Məmmədova işlərini elə qurublar ki, "müəllifi" olduqları işlərin hamısı öz "bəhrəsini" verir. Məlumatlı şəxslər onu da bildirirlər ki, son zamanlar Cəsur Paşayevlə, Təranə Məmmədovanın böyük bir problemi yaranıb. Böyük dərman maxinasiyasının üstü açılıb və yüngül bir araşdırma hər iki həkimi həbsxanaya qədər apara bilər.
Məlumatlı şəxs onu da bildirdi ki, deyəsən onların dərman problemlərindən yuxarının da xəbəri var. Amma Cəsur Paşayev Təranə Məmmədovaya bildirib ki, mənim bacanağım generaldır, Ədliyyə Nazirliyində işləyir. Mən ona xahiş edəcəm, bizə kömək etsin.
Biz araşdırmaçı yazar olaraq, xatırlatmağı borc bilirik ki, ölkədə edilən hər bir qeyri qanuni əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yəqin cinayət əməlilə məşğul olduğuna görə, Ağcabədi Mərkəzi Xəstəxanasının baş həkim Fövzünün həbs olunması indiki direktoru və müavini unudublar. İstər Ədliyyə generalının bacanağı ol, istərsə də əmisi oğlu, qanunda cinayət törədənin hec bir fərqi yoxdur.
Elə həkimlər var ki, ankoloji olmayan xəstələrə rəy verib, onu əlil kimi təqaüdə çıxarırlar. Xəstəliyin də adını qoyurlar "sol süd vəzinin yuxarı bayır kvadratının bədxassəli törəməsi".
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu cür özbaşınalıqlar sərhəd tanımır. Əmək Və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bir tərəfdən əlillik dərəcələrini kütləvi ləğv etsə də, o biri tərəfdən Təranə Məmmədova və Cəsur Paşayev kimi rüşvətxor cütlüklər saxta əlilərin sayını artırırlar. Guya Sahil Babayev bu cür cinayətkarların əməllərindən xəbərsizdir? İnanan daşa dönsün!
Əvvəllər də həkim Təranə Məmmədovanın qeyri qanuni əməlləri haqqında məlumatlar vermişdik. Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir. Yəni Təranə Məmmədova istəsə, qələmi ilə sağlamı zəlil, əlili isə sağlam edə bilər.
Rayonda hər kəs bilir ki, direktorun müavini Təranə Məmmədova sağlam şəxsləri rüşvətlə saxta sənəd düzəldirir Ağdam Ruhi-Əsəb xəstəlikləri dispanserdə yatırır və bu yolla xeyli şəxsi saxta əlil kimi təqaüdə çıxarıb.
Beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur.
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan siyahıya baxa bilər:
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s.
Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır. Axı biz yuxarıda qeyd etdik ki, Təranə Məmmədova ilə Cəsur Paşayev birləşərək çox dəhşətli işlərə imza atırlar. Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir.
Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri sövdələşərək minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar.
Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir.
Məhz bu səbəbdən sabiq “əmək naziri” vəzifəsindən azad edildi və üstəlik neçə ildir ki, həbsxana həyatı yaşayır.
Səhiyyə naziri Oqtay Şirəliyev isə vəzifəsindən çıxarılmaqla canını qurtara bildi.
Və yeni “əmək naziri” olan cənab Sahil Babayev isə Səlim Müslümovun səhvlərini düzəldərək “paçka-paçka” əlili əlillikdən məhrum edir və özünü Kürdəxanı türməsinin kameralarında yaşamağa hazırlayır. Beləcə, bu dairə qapanmaq bilmir. Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər, Cəsur Paşayev kimi direktorlar birdi, ikidi...?
İndi də Təranə Məmmədova təzə metod tapıb. Özündən yuxarılara razılıq məktubları gondərtdirir, özünü təriflədir, sanki səhiyyə sisteminin ən pak nümunəsidir. Amma Təranə Məmmədova və Cəsur Paşayev, inanırıq ki, sizin törətdikləriniz cinayətlər yaxın günlərdə ölkənin hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, hüquqi qiymət veriləcək. Nə qədər ki, gec deyil törətdiyiniz cinayət əməllərdən çəkinin.
Növbəti yazımızda Təranə Məmmədova və Cəsur Paşayevin cinayətlərinin acı nəticələrindən bəhs edən yazı dərc edəcəyik. Bizi izləyin.
Şəfiqə