İMAM XOMEYNİ(R) - XX əsrdə zühür edən NADİR ŞƏXSİYYƏT

İMAM XOMEYNİ(R) - XX əsrdə zühür edən NADİR ŞƏXSİYYƏT
 

İran İslam İnqilabının banisi Seyid Ruhullah Müsəvi Xomeyninin(r) vəfatından 33 il keçir

Hər dövrdə, çağda tarixi proseslərin gedişini dəyişməyə qadir, geniş kütlələri arxasınca çəkib aparmağı bacaran, lider keyfiyyətlərinə malik, öz aləmində cərəyan yaradan şəxsiyyətlər zühur edir.

Bu şəxsiyyətlər nə qədər fikir və təfəkkür adamlarıdırsa, xalq arasında tarixi təcrübələrə və xarizmatik hərəkətlərə malik olsalar, öz cəmiyyətlərində və zamanlarında bir o qədər təsirli ola bilərlər. XX əsrdə bu şəxsiyyətlərdən biri də İran İslam İnqilabının lideri İmam Xomeyni (r) idi.

xomeni07

Seyid Ruhullah Musəvi Xomeyni hicri-şəmsi 1281-ci ildə İranın Xomeyn şəhərində anadan olanda heç kim onun bir gün siyasi, dini və mədəni aləmdə böyük dəyişikliklər həyata keçirəcəyinə inanmırdı, lakin tarix ona bir çox hadisələri göstərdi. Bütün dünyaya elmi, siyasi və dini sahələrdə əsaslı dönüş və təkamülə ail olmağı bacaran mübariz, zəhmətkeş və dinamik şəxsiyyət təqdim elədi.

Ayətullah Xomeyni (r) Birinci Dünya müharibəsi hadisələri, İranda Qacarlar sülaləsinin süqutu, Pəhləvi dövrünün başlanğıcı və bu hakimiyyətin möhkəmlənməsi, siyasi qruplar arasında çəkişmələr, Pəhləvi dövründə ruhanilərin sıxışdırılması və təcrid olunması, İkinci Dünya savaşının başlanması, Rza Xanın süqutu, Üçüncü Dünyada millətçilik, Müsəddiq və Ayətullah Kaşaninin qiyamı, 28 avqust 1943-cü il dövlət çevrilişi, müttəfiqlərin İrana gəlişinin şahidi olmuşdu.

İranı və Rza xanın süqutunu öyrənmiş və bu hadisələrin bəzilərində rol oynamış, İranın mədəniyyətini, siyasətini və tarixini düzgün təhlil edə bilmişdir. Məhz buna görə də ölkədəki bütün təcrübələrdən sonar, ömrünün sonunda onu dünyanın ən nüfuzlu və davamlı şəxsiyyətlərindən birinə çevirən hərəkətlər reallaşdırdı.

xomeni06

Bütün bunlarla yanaşı, yaşadığı yerdə bəzi məzhəb hadisələrinin və dövrün hökmdarlarının zülmünə şahid olmuş, atasının öz dövrünün zalımlarına qarşı apardığı mübarizəni yaxından görmüş və ölkə daxilindəki işlərdən tam xəbərdar olmuşdu. O, ölkə və xalq arasında, İran daxilində idi.

İmam Xomeyni şəxsiyyətinin kamil, bitkin xüsusiyyətlərindən biri də gənc yaşlarında dini elmlərə diqqət yetirərək, Ayətullah Burucerdi, Hacı Şeyx Əbdülkərim, Ayətullah Xansari kimi alimlərin hüzurunda təhsil alıb ictihad səviyyəsinə və fiqhin zirvəsinə çata bilən elmi nüfuzu idi.

Eyni dini və elmi sima ilə məmləkətdə İran və İslam mədəniyyətini və adət-ənənələrini hədəfə alan, İran mədəniyyətinin məhvinə aparan ziyalılar və şəxslərlə tədricən üz-üzə gəldi. 27 yaşında hövzələrdə fəlsəfə dərsi verməyə başladı, fəlsəfə ilə yanaşı, nəzəri irfan, əməli irfan, fiqh və fiqhin əsaslarını öyrətmiş, 27 yaşında gərgin zəhməti, ardıcıl elmi-dini araşdırmaları nəticəsində səhər duasını şərh edən kitab yazmışdır.

xomeni010

İmam Xomeyni ruhani libasında elmi və dini fəaliyyətlə məşğul olsa da, qeyri-dini hökumətlərin xalqın din və əqidəsini zəiflədə biləcəyinə inandığı üçün siyasi cərəyanları heç vaxt diqqətdən kənarda qoymur. Xalqa deyil, xarici imperializmə dayaqlanan Pəhləvi hökumətində də belə bir təhlükənin əsaslı kökləri vardı.

Məhz bu səbəbdən də İranda həmin dövrün ictimai və siyasi problemlərini görərək, hakim qüvvələrə, hökumətlərə və siyasi cərəyanlara müraciət ünvanladı. Buna görə də “Kəşf əl-Əsrar” kitabını yaza bildi və o vaxtın ziyalıları ilə qarşılaşmaq üçün siyasi və sosial təkliflər, çıxış yolları, həll vasitələri təqdim etdi.

Əgər qəbul etsək ki, insanların dəyərləri, mənəviyyar toplusu və əqidələri mədəniyyətlərin əsas elementləridir, İmam Xomeyni İslam xalqlarının görkəmli şəxsiyyətlərindən biri olmalıdır ki, dünyada ən böyük və ən mühüm siyasi və mədəni təkamülü – İslam inqilabını düşünüb həyata keçirə bilsin.

O, öz zamanında mədəniyyəti cəmiyyətin əsas sütunu saymış və mədəniyyətə özünəməxsusluğun verilməsinin insanı özünəməxsusluq, şəxsiyyət məqamına yüksəltdiyinə inanmış və kainatdakı bütün varlıqların əsli hesab etdiyi üçün insan tərbiyəsinə ən çox əhəmiyyət tanımışdır.

İmam Xomeyni (r) mədəniyyəti ictimai dəyişikliyin əsası və prinsipi bilmiş və bu əsasda İslam inqilabının əvvəlində Mədəni İnqilabın Ali Şurasını təsis etmiş, universitetlərdəki dəyişiklikləri əsas saymış, təhsil ocaqlarına və elm mərkəzlərinə qayğı həmişə diqqət mərkəzində olmuşdur. Universitetlərin əsl insan formalaşdırdığını və buna görə də onların əhəmiyyətinin bütün digər mərkəzlərdən daha vacibliyini vurğulamışdır. Hər zaman bildirmişdir ki, biz hərbi və siyasi müdaxilədən qorxmuruq, əksinə, Qərbin mədəni hökmranlığından narahatıq.

xomeni011

O, İslam və İran mədəniyyətinə dərindən bələd idi. Məhz belə bilik, təcrübə, dünyagörüşü ilə sözügedən müsbət dəyişiklikləri insanların ruhunda və şüurunda yer tutub möhkəmləndirə bilmiş, inqilabı özününkü hesab edən və onu var gücü ilə qoruyan bir xalq yaratmışdır. “Millət”, “xalq”, “ayaqyalın”, “məhrum” kəlmələri hər vaxt İmamın nitqində, sözlərində deyilmiş və xalq hakimiyyətin ən mühüm sütunu hesab edilmişdir. Buna görə də İranda dini demokratiya tarixinin alnına İnqilab Rəhbərinin “tərəzi millətin rəyidir” qızıl cümləsi həkk olunmuşdur.

İmam Xomeyninin (r) şəxsiyyətinin digər görkəmli xüsusiyyəti İslam xalqları arasında dirçəlişçi rolu idi. O, İslam ideyaları ilə milli rəftarları qarışdırmırdı və bir çox hərəkət və çıxışları təkcə İran üçün deyil, bütövlükdə İslam ümməti üçün idi. Çıxışlarında ən çox “müsəlman ümməti” kəlməsi işlədirdi ki, bu da dini məsələlərdə süni coğrafi hüdudları, maneələri aşmasına dəlalət edir, İslam dünyasını və İslam dünyasının vəhdətini düşünürdü.

Onun üçün şiə və sünnilərin birliyi, ixtilaflardan çəkinmək vacib idi. İslam dünyası və İslam dünyasında dini ideyaların həyata keçirilməsi haqqında fikir yürüdürdü. Fikirləri pak insan fitrətindən qaynaqlandığı üçün heç bir xüsusi niyyət olmadan dünyaya yayıldı.

Ədalət, özünəqayıdış, İslam dünyasının birliyi, mədəniyyətdə orijinallıq, mədəni işğalın qarşısının alınması, xalqların yerli və dini mədəniyyəti, müstəmləkəçiliyin və istibdadın inkarı, istənilən yolla zülmü rədd etmək, aparteidin ləğvi, tövhidə hidayət və sair İmam Xomeyni hərəkatını universal edən şüarlardan idi… Və bəlkə də bu gün dünyada İslam inqilabı bansisnin hərəkət və ideyaları nisbi olsa belə, təsir etməyən yer yoxdur.

Ayətullah Xomeyninin “Vilayəti-Fəqih” nəzəriyyəsi, dini demokratiya, İslam hökuməti, dini və siyasi legitimlik, İslam insan haqları, İslam düşüncəsi, İslam məzhəblərinin yaxınlaşması və sair kimi dini, mədəni və siyasi ideyaları bu gün də dünyada ciddi şəkildə müzakirə olunur. Ona görə də İmam cənablarının şəxsiyyətinin mədəni və dini cəhətlərini bilməkdən ötrü onun kitablarını və düşüncələrini öyrənmək lazımdır.

Belə bir şəxsiyyət İranın düşüncə və tarixinə köklənmədən öz hərəkatına başlaya bilməzdi və buna görə də tam dini, mədəni və siyasi yetkinlikdən sonra 1342-ci ildə siyasi hərəkatına başladı. 15 xordad 1342-ci il (5 iyun 1963) qiyamı Pəhləvi rejiminə ən mühüm zərbə vurdu və ciddi şəkildə yatırılırdı, lakin sonrakı daha möhtəşəm inqilabi proseslər üçün qığılcım oldu.

xomeni012

1343-cü (1964) ildə amerikalılara siyasi toxunulmazlıq verilməsi məqsədi ilə Kapitulyasiya Qanunu qəbul ediləndə İmam Xomeyninin tarixi nitqi söylənilir və nəticədə dövrün hökuməti buna dözə bilməyib onu Türkiyədə Bursaya sürgün etmək məcburiyyətində qalır.

Pəhləvi rejiminin bu hərəkəti ilə İmam Xomeyninin siyasi hərəkatı ciddi şəkildə başladı. Bir il Türkiyədə olduqdan sonra İmam İraqa - Nəcəf Əşrəfə gedərək, 13 il orada hövzədə dini elmlərdən dərs dedi və eyni zamanda dini və siyasi biliklərini inkişaf etdirdi. 1977-ci ildə oğlu Mustafa Xomeyni şəhid oldu. 1978-ci ildə İmam Fransaya mühacirətə yollandı və bu ölkədə siyasi hərəkatını davam etdirdi.

Bir neçə aydan sonra 78 yaşında İrana qayıtdı və camaat tərəfindən şövqlə qarşılandı. İnsanlar onu ilahi bir nemət kimi şövqlə qucaqlayıb bağırlarına basdılar. Dövrün hökuməti - Pəhləvilər heç nə edə bilməyib ölkədən qaçmağa məcbur oldu və “haqq gəldi və batil getdi” şüarı dərk edilərək öz yerini aldı. Doğrudan da haqqın əzəmətli gəlişi və səsi ilə batil yoxa çıxdı.

İmam Xomeyninin (r) İranda hakimiyyətdə olduğu 10 il 4 ay ərzində Qərb irticasının köməyi ilə İraq rejiminin İrana qarşı 8 illik müharibəsi tətbiq edilmiş və yenicə İslam idarəçiliyinə qədəm qoyan ölkədə onlarla sui-qəsd və qəsd planları hazırlanmışdır.

Ancaq xalq liderini qiymətli bir dürr kimi qolları üstdə saxladı və milyonlarla insan İmam Xomeyninin ideyalarını həyata keçirmək üçün misli görünməmiş şəkildə canlarını və mallarını qurban verməyə hazır idilər və qələbənin sirri də bu idi.

O, 14 xordad 1368-ci (4 iyun 1989) ildə Allah dəvətinə ləbbeyk deyib əbədiyyət aləminə qovuşdu və bəşər tarixində o vaxta qədərki ən böyük dəfn mərasimi qeydə alındı. İmam Xomeyninin dəfn mərasimi 10 milyondan çox insanın iştirak etdiyi dünyanın ən sıx dəfn mərasimi kimi Ginnesin Rekordlar Kitabına düşüb. İmam həzrətləri beynəlxalq şəxsiyyəti və və təsirinə görə 1979-cu ildə “Tayms” jurnalı tərəfindən “İlin adamı” seçilib.

Yekun və diqqətçəkən məqam budur ki, İmam Xomeyni öz fikirlərini elmi və etibarlı dini mənbələrə əsaslanaraq bəyanlamış, nəfsi və əxlaqi yönümünü təkmilləşdirməklə xalqa təqdim etmişdir. Şəhid Mütəhhəri, Şəhid Beheşti, Ayətullah Xamenei, mərhum Haşimi; Şəhid Bahünar və digərləri kimi tələbələr yetişdirdi. Onların hamısı İmama olan eşq ilə çalışdılar və sonra həmin eşqi, vəfadarlığı Ayətullah Xamneyiyə göstərdilər.

Bütün qəlbləri, canları ilə İmam Xomeyninin ölməz ideyaları uğrunda hazır oldular və ondan sonra da eyni məhəbbət və sədaqətin sağlam ideyaları əsasında İslam hökumətinin əsaslarını qurmağa çalışdılar.

Ayətullah Xamenei də İmam Xomeyni kimi elmi, əxlaqi və dini sima olaraq dünyada bu gün də milyonlarla insanı heyran edir və buna görə də çoxsaylı beynəlxalq təzyiqlərə baxmayaraq, 43 ildən sonra İranda dini hakimiyyətin əsasları möhkəmdir və xalq İslam inqilabına sadiqdir.

Doktor Əli Purmərcan
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri

0.018599987030029