"Audiokitab"ın təşkilatçılığı ilə M.Ə. Sabirin 160 illiyi qeyd olunub -FOTO

 

Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir Adına Kütləvi kitabxanada "Audiokitab" ın təşkilatçılığı ilə M.Ə. Sabirin 160 illiyi ilə əlaqədar  məktəblilər arasında "Bilik yarışması" keçirilib.

Yarışa Balaxanıdakı M.Ə. Sabir adına 259 saylı orta məktəb və C. Cahangirov adına 4 saylı orta məktəbdən ümumilikdə  6 komanda qatılmışdı. 4 saylı məktəbin komandası yarışın qalibi oldu.

Tədbiri keçirməkdə məqsəd məktəblilərin  kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına və intelektual bacarıqlarının formalaşmasına töhfə verməkdir.

Tədbirdən fotoları sizə təqdim edirik.

0.012215137481689