Qaz təchizatından qanunsuz istifadə edən MTK aşkarlandı

Qaz təchizatından qanunsuz istifadə edən MTK aşkarlandı
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.

Paralel.az xəbər verir ki, birlik əməkdaşları tərəfindən may ayının 24-ü paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı hündür mərtəbəli binanın qazanxanasına baxış keçiriən zaman qanunsuz müdaxilə halı aşkar edilib.

Kənar müdaxilə aşkar olunduqdan sonra dərhal Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib. Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyan hesablanacaq və müvafiq addım atılacaq.
Daha ətraflı:

0.031446933746338