Arzu Rəhimovun "fəaliyyəti" hökumətin diqqətindən niyə yayınır? - araşdırma...
SHXÇDX-də baş verənlər ciddi araşdırılmalıdır
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarını 44 günə azad edən Azərbaycan ordusu şanlı zəfər tariximizi yazdı. Bu gün artıq Azərbaycan xalqı məğlub, təhqir olunmuş bir xalq deyil, dünyada qalib və müzəffər xalq tanınır. Qəhrəman şəhidlərimizin və igid oğullarımızın cəsarəti və hünəri hesabına qazanılan qələbə xalqımızın qürur çənbəyidir.
Ölkə prezidentinin ordu quruculuğu sahəsində apardığı islahatlar Azərbaycan ordusunu dünyanın ən güclü ordularından birinə çevirmək istiqamətində daim güclü addımlar atılır. Ölkə prezidentinin yüksək diqqəti nəticəsində Ermənistanla 44 günlük vətən müharibəsində ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar xalqımızın vətənpərvərlik ruhunu daim gücləndirir. Hətta bu qələbə nəticəsində Azərbaycan ordusunun əldə etdiyi qələbə taktikası hərbi dərsliklərə salınır, dərindən təhlil edilir və öyrənilir..
Hər kəsə yaxşı bəllidir ki, ordu quruculuğunun ilk mərhələsi hərbi çağırış və səfərbərlikdən başlayır. Xeyli vaxtdır Arzu Rəhimiovun rəhbərlik etdiyi Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinə nəzər salanda xidmətdə rüşvət və korrupsiya hallarının çox geniş şəbəkə halına gəlməsi aydın hiss olunur.
Arzu Rəhimov rəhbərlik etdiyi SHXÇDX-də qanun pozuntuları o qədər çoxdur ki, yazmaqla bitmir. Dövlət Xidmətinin fəaliyyətində kəskin və aydın görünən qanunsuzluqlardan biri xalqımızın kasıb təbəqəsinin övladları ilə vəzifəli və varlı adamların övladları arasında rüşvət əsasında aparılan dəhşətli bölücülükdür. Buna görə də ölkəmizdə bu fərq Şəhidlər, müharibə əlilləri və veteranları arasında kəskin şəkildə aydın görünür.
Arzu Rəhimovun fəaliyyəti, məhz 44 günlük vətən müharibəsi zamanı ölkədə aparılmış hərbi səfərbərliyin yekunları ciddi araşdırılmalıdır, sadə xalqın övladlarına qarşı edilmiş ayrıseçkilik cinayət əməli kimi qiymətləndirməli və səbəbkarlar ən ağır cəzaya məhkum olunmalıdır.
Şikayətlər əsasında müharibə dövrünün hərbi səfərbərliyin gedişini araşdırarkənn, Dövlət Xidmətinin ayrı-ayrı rayonlarda fəaliyyət göstərən rayon şöbələrinin əməlində cinayət izləri aydın görünür. Lakin müharibənin bitməsindən 1 il 7 ay keçməsinə baxmayaraq, Arzu Rəhimov bu cinayət izlərini hələ də araşdırmır və hər kəs də bilir ki, niyə araşdırmır.
Hətta vəzifəli, varlı şəxslərin övladlarının əvəzinə kütləvi olaraq kasıbların ruhi-əsəb xəstəliyi olan övladlarını müharibəyə cəlb edənlər belə, Dövlət Xidmətinin rəhbəri tərəfindən himayə olunur, vəzifədə saxlanılır. Adı rüşvətxorluqda tez-tez çəkilən SHXÇDX-dən ölkədə kütləvi narazılıq olsa da, bir nəfər də olsun, indiyədək saxlanılan və vəzifədən çıxarılan yoxdur.
Redaksiyamızın poçtuna daxil olan şikayət məktublarında Masallı, İmişli, Ağcabədi rayonlarının səfərbərlik xidmətlərinin rəhbərlərinin açıq rüşvətxorluğundan bəhs olunur.
Bərdə rayon Səfərbərlik Xidmətinin fəaliyyətindən şikayət edən xəstə övlad sahibi M. Əliyev məktubunda bildirir ki, övladının xəstəliyini rəsmiləşdirmək üçün xidmət işçiləri ondan rüşvət istəyirlər.
Ümumiyyətlə, Arzu Rəhimov Dövlət Xidmətinin rəhbəri olaraq, SHXÇDX-ni ölkə prezidentinin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul vəzifələri yerinə yetirməyə yox, daha çox rüşvət toplamaq mənbəyinə çevirib.
Təsdüfi deyil ki, ölkədə ən çox rüşvət və korrupsiyalaşmış dövlət orqanları arasında adı daha çox çəkilən təşkilatlardan biri də SHXÇDX-dir.
Araşdırmamız davam edir
Əhməd Murad
P. S. Adları çəkilən şəxsləri dinləməyə hazırıq