Xurafələr dəyişimə mane olur

Xurafələr dəyişimə mane olur
 

Siracəddin Hacı yazır...

Dəyişim zəruridir, başlanğıc nöqtəsi çöldə deyil, içəridədir – içəridən başlasa, çöldən yardım gələcək. Yumurta içəridən sınsa, nəsil davam edir, çöldən sınsa, nəsil bitir/ölür. Özünü dəyişimə, təzələnməyə, inkişafa açmayan insanlar və millətlər əsarətə, köləliyə, dəyərini, anlamını itirməyə məhkumdurlar.
Dəyişimin önündəki ən ciddi maneələrdən biri xürafələrdir. Siyasi, iqtisadi, dini, mədəni, ədəbi xürafələr insanları zəncirsiz kölələrə çevirir, köləlik zəncirlərini insanların qoluna, boynuna, ayağına deyil, ağlına, ruhuna, vicdanına, iradəsinə, qəlbinə bağlayır. Bu, köləliyin ən qorxunc biçimidir.

Paralel.az

0.066480875015259