5 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrafonu”u qurulacaq
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (23-27.05.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Paralel.az xəbər verir ki, aksiya həftənin birinci günü Astara rayonunda (Astara şəhəri, Park- Bulvar, Bayraq Meydanı), ikinci günü Lerik rayonunda (H.Əliyev küçəsi, Mədəniyyət Evinin qarşısı), 3-cü günü Lənkəran rayonunda (Lənkəran şəhəri, Həzi Aslanov Parkı), 4-cü günü Biləsuvar rayonunda (Səməd Vurğun küçəsi, İncəsənət məktəbi) və 5-ci günü isə Masallı rayonunda (Masallı şəhəri, Qarabağ küçəsi 17) saat 11:00-dan 12:00-dək baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.