İş adamı Emil Səməndərov: "Prezidentin azad olunan ərazilərdən sahibkarlara çağırış etməsi qarşımızda yeni məqsədlərə yol açır”
“Dövlət başçısı cənab İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə öncədən müəyyən olunmuş hədəflərinə çatıb. Fəxr və qürur hissi ilə deyə bilərik ki, ölkəmiz inkişafının ən yüksək mərhələsini yaşayır. Eləcə də Azərbaycan dövləti hər zaman sahibkarlara dəstək göstərir”.
Paralel.az xəbər verir ki, bu fikirləri tanınmış iş adam, sahibkar Emil Səməndərov deyib.
O qeyd edib ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması bu istiqmətdə mütəmadi olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini göstərir:
“Vurğulamaq istəyirəm ki, hələ pandemiyanın geniş vüsət aldığı bir dönəmdə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində atılan addımlar, eləcə də dövlət başçısının göstərdiyi dəstək sahibkarları çətin vəziyyətdən çıxa bildi. Biz də öz növbəmizdə daim dövlətimiz və dövlətçiliyimiz naminə fəaliyyət göstərməyə davam edəcəyik.
Prezident İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi örnək bizim üçün ən ali məqsədləri ehtiva edir. Onların mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmələri, habelə sahibkarları bərpa-quruculuq işlərinə dəvət etmələri də artıq qarşımızda yeni məqsədlərə yol açır. Biz, Azərbaycan dövlətinin, xalqının inkişafı, tərəqqisi naminə gecə və gündüz, yorulmadan fəaliyyətimizi davam etdirməyimizlə yanaşı, həm də bir vətəndaş olaraq hər zaman dövlət başçımızın ətrafında sıx birləşmişik.
Çünki Azərbaycanımızın növbəti qələbələrə doğru inamla irəliləməsində əlimizdən gələnləri əsirgəməyəcəyik. Dövlət başçısı həmişə hər bir vətəndaşın, o cümlədən sahibkarların yanındadır”.
İş adamı sonda ölkə başçısına sahibkarlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Mən öz və ölkənin qeyri-neft sektorunda çalışan bütün sahibkarlar adından cənab Prezidentə təşəkkür edirəm ki, həm pandemiya dönəmində, həm də digər vaxtlarda bizə yardımını əsirgəməyib”.