"Azəriqaz" İB-nin növbəti “Açıq mikrafon”u Şəkidə olacaq
|
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Paralel.az xəbər verir ki, “Səyyar qəbul otağ”ı Şəki rayonu, Qumux kəndində təşkil olunacaq. Mayın 21-də saat 14:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Paralel.az
|