Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin / şagirdlərimin suallarına cavabım:
- Müəllim mənə haqsızlıq edir, etirazımı bildirirəm, ancaq anam deyir ki, susmaq daha yaxşıdır. Sizcə, mən nə etməliyəm?
- Cəsarətinə görə səni alqışlayıram. Hər hansı bir məsələ, ya da haqsızlıqla bağlı ortaya çıxan duyğularını basdırma, gizləmə, içində tutma. Bu hal insanı yorur, bezdirir, ruhdan salır, qəzəbə səbəb olur, fiziki, mənəvi enerjisini əlindən alır, ruhi, bədəni xəstəliklərə yol açır – hər psixoloji xəstəliyin bir, ya da bir neçə fiziki əlaməti də olur. O duyğularını mütləq ifadə et, ancaq uyğun yol seç: qarşı tərəfi qırma, ittiham, təhqir etmə, onun hücuma keçəcəyinə, özünü müdafiə edəcəyinə imkan verən üslub və sözlər seçmə. Duyğularını qırılmadan de – elə insanlar var ki, duyğularını ifadə edərkən çox əziyyət çəkir, tərləyir, qızarır, həyəcanlanır, psixoloji tarazlığı pozulur. Duyğularını qırmadan və qırılmadan demək üçün “sən” dilini deyil, “mən” dilini seç: “Sən yaxşı adam deyilsən”, “Günahkar sənsən”, “Sən adamı bezdirirsən”... tipli cümlələr deyil, “Bu hərəkətiniz məni narahat edir” biçimli cümlələrə yer ver. Sınırını/haqqını müəyyən etsən, bildirsən, qorusan, qarşı tərəf onu pozmayacaq, pozursa da, bu işdən əl çəkəcək. Başqalarını deyil, özünü dəyişdirsən, səninlə bağlı çox şey dəyişəcək.

Ardı var...              

Paralel.az 

 

0.12801599502563