Məmurlar qazini intihara məcbur edib!!!

Məmurlar qazini intihara məcbur edib!!!
 

 

Cənab Prezident, Ali Baş Komandan tərəfindən "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən gizir Qadir Cəfərov redaksiyamıza göndərdiyi məktubda yazır:

"Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. İki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan, ikinci dəfə isə kəllə-beyin travması almışam, gözlərim zəif görür, sağ qulağım zəif eşidir, 4 dişimi əməliyyatla çıxarıblar. İndi isə ağrılardan yaşaya bilmirəm.
Qəlpə yaraları bədənimə zəhərlənmə verib. Dünən Əlillərin Bərpa Mərkəzinə getdim ki, əlillik təyinatımı alım. Mənə dedilər ki, adın sistemdə yoxdur. Bunu eşidəndən sonra əsəbləşib qollarımı doğradım. Hazırda qollarıma 9 tikiş qoyublar”!!!

Gizir Qadir Cəfərovun şikayətinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən cavab isə belədir: "Cəfərovun hazırkı sağlamlığı ona əlillik təyin edilməsinə ƏSAS VERMİR"!!!

Bu gün qəhrəman şəhidlərimizin və əlil qazilərimizin canı-qanı bahasına azad edilmiş Şuşada "Xarıbülbül" festivalı keçirilir, uğur olsun, qoy dost baxsın sevinsin, düşmən baxsın, bağrı çatlasın! Amma və lakin Vətən Müharibəsində Şuşanı azad edən, ölməyən gizir Qadir Cəfərov kimi oğulları Sahil Babayevin başçılıq etdiyi rüşvətxor və korrupsioner məmurların intihara məcbur etməsinə imkan vermək olmaz!!!

Tapdıq Abbas

0.020071983337402