Ailədə övlad, məktəbdə şagird...

Ailədə övlad, məktəbdə şagird...
 

Təhsil ən prioritet sahələrdən biridir, bunu hər kəs bilir. Lakin onu bir daha xatırlatmaq istədik, çünki ehtiyac var.

Təhsilə ehtiyacın bütün lazımlılardan ən vacibi olduğunu da hamı bilir. Hərgah, azsaylı bilməyənləri bu sıraya daxil edib, bu sahənin prioritet olduğunu yenidən diqqətə çatdırmaq istədik.

Bəli, təhsil sahəsində irili-xırdalı baş verənlərin hamısından bəhs etmək vacibdir. Çünki həmin məsələlər, müsbət-mənfi cəhətlər, uğurlar, problemlər s. bu sahənin cəmiyyət üçün qədər vacib gündəmdə olduğunu göstərir. O zaman, başlayaq.

Ölkənin orta ümumtəhsil müəssisələrinə qısa ekskurs etsək, orda təlimlə bərabər, tərbiyə məsələsinin aktual olduğunu görərik. Bu isə çox təbiidir. Ən azından, icbari orta təhsil sisteminə daxil aid olan şagirdlərin hamısının təlim tərbiyəsinəəlaqiymət vermək çətindir. Çünki məktəblərdə bütün şagirdləri  savadlı, bacarıqlı eyni zamanda, tərbiyəli görmək arzusu çox vaxt reallaşmır. Axı hamı məktəbə eyni bir evdən gəlmir. Bunun günahını isə hər kəs özündə görmək istəmir.

Amma günahlandırılanların sırasında məktəbin pedaqoji kollektivinin adının hallandırılmasına da az rast gəlmirik. Əlbəttə, təhsil, dərs prosesi, onun ən xırda nüansları barədə müəllimlərdən razılıq narazılıq məqamları ola bilər. Lakin bu sahənin digər vacib hissəsini təşkil edən tərbiyə məsələsində valideynlər nədənsə birmənalı şəkildə müəllimləri günahkar bilir, özlərinin məsuliyyətini görmək qəbul etmək istəmirlər. Sanki istənilən ailədən gələn şagirdlər yalnız məktəbdə tərbiyələndirilməli, ancaq orada ideal insan kimi formalaşdırılmalıdır. Sual olunur, belə şagird-övlad görmək istəyən hər iki tərəf öz məsuliyyətini, öhdəliyini ya vəzifəsini layiqincə yerinə yetirirmi?!

Axı şagird yalnız müəyyən saatlar daxilində məktəbdə olur, dərslərdə iştirak edir. Həmin saatlarda məktəbin müəllim digər kollektiv üzvləri şagirdlərə nəzarət edə bilir. Günün daha çox saatlarında isə şagirdlər öz ailələrində olurlar. Şagirdin orta təhsil müəssisələri ilə ailədə keçirilən vaxtını müqayisə etsək, zaman çoxluğu ikincinin üzərinə düşər.  Amma nədənsə ailələr bütün məsuliyyəti məktəbin üzərinə ataraq, tərbiyənin özündən qaynaqlanan hissəsini görməzdən gəlirlər.

Bu görünməzliyin fəsadı isə məktəblərdə yaşanır, bunu günümüzün xoş olmayan məktəb olaylarından görmək mümkündür. Məsələn, bir məktəbə ki şagird sinifdə oturduğu  stul-partanı, yazdığı lövhəni, üstündə dayandığı döşəməni yandırmağa, bir sözlə, dərs keçdiyi sinfə qənim kəsilməyə gələ, o, heç addımını məktəbə qoymasa yaxşıdır. Belə hadisələr isə paytaxtın istənilən orta məktəbində yaşanır.

Kimisi dərsdən qaçmaq üçün  məktəbin yuxarı mərtəbəsindəki pəncərədən atlanır, kimisi elə-belə maraq üçün pəncərədən atlanıb yenidən qapıdan məktəbə daxil olur.

Kimisi qəza-yanğın düyməsini ehtiyac olmadan dəfələrlə sıxıb qaçır, dərsi pozur,  kimisi azyaşlı uşaqları qorxudub bufet pulunu əlindən alır.

Kimisi ayaqyolunda, ya da aşkarda siqaret çəkir, müəllimlərin nəsihətinə, tənbehinə s. əhəmiyyət vermədən öz yaramaz əməllərindən qalmır, kimisi özünü pəncərədən atacağı ilə hamını hədələyir, yaxud müəllimlərlə söyüşlə, həqarətlə davranır, valideyinlərini müəllimlərə qarşı yalan-yanlış məlumatlarlasilahlandırır”, məktəbə, müəllimlərlə savaşa göndərir.

 Bu sıranı uzatmaq da olar, təəssüf ki...

Lakin qeyd etdiyimiz kimi, təəssüfedici məqamların kifayət qədər olmağına baxmayaraq, valideyn bütün məsuliyyəti məktəbin üzərinə ataraq, tərbiyə baxımından kasadlıq çəkən övladının mənfi cəhətlərini aradan qaldırmaqla, onu tərbiyələndirməklə məşğul olmur. Sözsüz ki, birtərəfli yanaşma heç vaxt  arzuolunan nəticəyə gətirə bilməz. Lakin bunu valideynlərin hamısı bilmir yaxud bilmək istəmir.

Orta ümumtəhsil məktəblərində isə bu gün qeyd etdiyimiz etmədiyimiz məqamlar, hadisələr yaşanmaqdadır. Hadisələrin daha ağır nəticələrindən isə kimsə sığortalana bilməz. Əlbəttə ki, bu gün laqeyd yanaşılan, etinasızcasına ötüb-keçilən məqamlar sonunda müdhiş hadisəyə çevrilir. Həmin hadisələrin motivinin olmasından asılı olmayaraq, onun mənbəyində bu iki məfhum - ailə məktəb dayanır.

Bu iki məfhumun vəhdətindən araya-ərsəyə gələn, gətirilən, müsbət mənada var olan isə sabah cəmiyyətə ötürüləsi, küllün hər bir zərrəsini təşkil edən fərddir.

Həmin fərd ki, məktəbdə onun adı şagird, ailədə isə övladdır.

 Nigar Orucova  

0.052118062973022