Bill Qeytsin "peyğəmbərliyi"

Bill Qeytsin
 

COVİD-19 olmasın, onun ştammı olsun...

Nəhayət ki, koronavirus pandemiyası deyilən bəladan bir qədər uzaqlaşdıq, qurtulduq ona görə demirəm, çünki düşər-düşməzi olar, həm axı bütün qadağalara məhdudiyyətlərə hələ tam son qoyulmayıb. Hələ bu virusun mövcudluğuna inanan, daha doğrusu inanmaq istəyən bir çox insanlar dövlətlər var cahanda. Onları inandırmağa çalışanlar isə daha çoxdur. Məsələn, koronavirus pandemiyasının fəsadları barədə dünyaya car çəkən amerikalı milyarder,"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts yenə "peyğəmbər"sayağı öncəgörməsi ilə meyadana çıxıb.

Yadınızdadırsa, hələ o zamanlar bir çox dünyagörmüş-səhiyyədən, biznesdən heç şübhəsiz ki, dünya siyasətindən xiridar olan insanlar bəyan etmişdilər ki, COVİD-19 virusu bundan əvvəl mövcud olmuş bir çox viruslardan heç qorxulu deyil. Bu dəhşətli pandemiya haqqındakı mifi isə səhiyyə biznes mafiyası dövriyyəyə buraxıb ki, öz sərvətlərini dünya düzəninə təsir imkanlarını artıra bilsinlər. Təəssüflər olsun ki, onlar siyasi gündəmi öz əməliyyatlarına alət edə bildilər.

Açığını deyim ki, mən reallıq kimi ortaya atılan pandemiya faciəsi haqqındakı miflərdən daha çox həmin insanların açıqlamalarına inanırdım.

İndi, dünyada koronavirus pandemiyasının son akkordları çalınan zaman Bill Qeytsin yenidən zühür etməsi COVİD-19 virusundan daha qorxulu təhlükəli bir virusun gələcəyi barədə "peyğəmbərlik" etməsi , istər-istəməz belə düşünməyə əsas verir ki, bir çox dünya dövlətlərinin böyük iqtisadi itkilərinə, insanların isə sosial psixoloji sarsıntılırına səbəb olan bu pandemiya, heç şübhəsiz ki, Bill Qeyts kimi milyarderlərin daha da varlanması, yəni səhiyyə biznes mafiyasının qələbəsi ilə nəticələndi. Sona çatdı demirəm, çünki onun bu açıqlaması, oyunun hələ davam etdiyini, ya davam edə biləcəyini deməyə əsas verir.

Bill Qeytsin dediklərinə diqqət edin: "COVİD-19 virusunun daha yolxucu ölümcül variantı ilə qarşılaşmaq riskimiz hələ var. Mən bədbin proqnozlar vermək istəmirəm, amma koronavirus pandemiyası zamanı onun ən pis təzahurünü görmədik". Bu açıqlamanın özü insanlarda müəyyən şübhələr yaradır. Çünki dünya tibb uzmanları iddia edir ki, pandemiya bitdi insanların normal həyata qayıtmaq vaxtıdır. Bu zaman pandemiya carçısı yenidən zühür edir bildirir ki, "pandemiya zamanı hələ onun ən pis təzahurünü görmədik". Demək ki, bu virus heç təbii deyil kimlərsə, onun daha ağır təzaşhürlərini əvvəlcədən proqnozlaşdırıblar. Xatırlayırsınızsa, pandemiyanın ilk günlərində , istər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), istərsə dünya səhiyyə, formokologiyi biznes mafiyasının nümayəndələri , bu pandemiya zamanı hətta qədər insanın öəcəyini, pandemiyanın zaman bitəcəyi barədə açıqlamalar vermişdilər. Görünür, onlar tam olaraq öz istəklərinə çatmayıblar bəyan etdikləri nəticələri əldə etmək üçün pandemiyanın davamı üçün yollar axtarırlar. Bill Qeytsin son açıqlamaları da, bu istəkdən qaynaqlanır gələ biləcək pandemiya üçün əsaslar yaratmağa xidmət edir. Bill Qeyts dünya liderlərinə çağırış edərək bildirir ki; «bu gün əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qurumlar yaratmaq lazımdırO, dövlət liderlərini həm sağlamlıq böhranına diqqətlə baxmağa gələcəkdə belə pandemiyaların qarşısının alınması üçün investisiyaları artırmağa çağırır. Bax, xoruzun quyruğu da, məhz burada görünür. Yəni pandemiya bir çox dünya dövlətlərinin iqtisadiyyatına ciddi zərbə vurduğu bir faktdır, Bill Qeyts , buna işarə edərək dünya liderlərini baş verə biləcək pandemiyalarla təhdid edərək, onun qarşısını almaq üçün daha çox investisiyalara ehtiyac olduğunu dilə gətirir. Bu da onu deməyə əsas verir ki, COVİD-19 virusu kimlərinsə biznes maraqlarına xidmət edir onun davam edib-etməyəcəyi , onların qərarlarından, eləcə dünya dövlətləri  liderlərinin buna münasibətindən asılı olacaq.

Bir məsələni diqqətinizə çatdırım ki, bundan sonra yarana biləcək pandemiyalar qədər güclü təhlükəli olsalar da insanlar artıq ona hazırdırlar həmin təhlükəni daha asan dəf edə biləcəklər. Bu pandemiya insanlara lazım olduğu qədər bilgi təcrübə verdi ki, bu da onlara gələcəkdə özlərini daha təhlükəsiz şəkildə qorumalarına imkan verəcək. Bill Qeyts kimiləri isə "o olmasın, bu olsun"-COVİD-19 virusu olmasın, onun ştammı olsun prinsipi ilə bütün dünyanı öz maraqlarına işləməyə məcbur etməyə çalışır. Heç şübhəsiz ki, burada bir sıra dövlətlərin siyasi maraqları da mühüm rol oynayır.  

 

P.S. Müxtəlif epidemiyalar, pandemiyalar zaman-zaman baş verib, amma onların arasındakı müddət heç illərlə, aylarla ölçülməyib, buna on illər lazım olub. Çünki hər iki-üç ildən baş verən pandemiyalar mafiyaların gözlədiyi effekti verə bilməz. Buna görə , tam əmin olun ki, yaxın 50 ildə heç bir pandemiya baş verməyəcək. Müəyyən yerlərdə müxtəlif virus epidemiyalarının baş qaldırması mümkündür, bu isə heç kimi narahat etməməlidir. Olacağa çarə yoxdur. Sadəcə, özünüzü bədliklərdən bəd əməllərdən qoruyun!

Yusif Seyid

0.01869010925293