Qisas var qan yaddaşında

Qisas var qan yaddaşında
 

Bir qadın var, bir Ana var, bir bacı var, 

44 Günlük Zəfər dolu Vətən savaşında,

Qorxu bilməz, hürkü bilməz,

Qisas var qan yaddaşında,

Vətən səsləyir deyə, Vətən savaşında,

İgid qardaşlarına məlhəmdi hər qarışda. 

 

Sən Tomrissən, Həcərsən, Natəvansan,  Nigarsan, 

Qönçəli bir gül, ləçəkli çiçəksən qadın, 

Şərəflidir sənin adın,

Çiçəkliyi unudub, geydin əsgər paltarını,

Mən də bir əsgərəm, səngərdə vardır adım. 

Çox əsgərlərə məlhəm, bir həbəm mən,

Adım Arəstədir,  Vətənə aşiqəm mən, Deyib özünü atdın önə, irəliyə,

Yaralı əsgərləri xilas edəsən deyə,

Nə biləydin, nə biləydin,

Bu addım səndə sonuncu addım,

Şəhidliyə yüksəldi sənin Şərəfli adın.

 

Adını yazdırdın Nurlu Ölümsüzlüyə,

Şəhidlik adlı Zirvəyə,

Sən bir Aslansan ki, unudulmaz,

Aslanın erkəyi, dişisi olmaz,

Var olduqca sənintək igid Aslanlar,

Çaqqal erməniyə bu torpaqda yer olmaz. 

Övladlarım sənə əmanət,

Ana onlara sən bax,

Mənimçün çox ağlama,

Şəklimə fərəhlə bax,

Bu şəkildən bir gültək, 

Sinənə də sən bir tax,

Bu gülünlə, Şəhidinlə, 

Başını Uca tut dedin,

Adım şərəflidir, adımı Uca tut dedin. 

Balabanı çal ahəstə, Balabanı çal ahəstə,

Üç min Şəhid içində, bir qadın var Arəstə, Onun yadigarları nə desə, nə istəsə,

Heç gözünü qırpmadan de ki, sən başım üstə,

Heç gözünü qırpmadan de ki, sən başım üstə,

Gözəl bacım Arəstə, 

İgid bacım Arəstə,

Bu şer sən igidə,

Nazı Yazar bacından, 

Ərməğandı ahəstə,

Ərməğandı Arəstə.

Şairə Nazı Yazar Paralel.az saytı üçün.

 

0.017464876174927