Mənzil tikintisilə məşğul olan dələduz ailənin daha bir üzvü - Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib

Mənzil tikintisilə məşğul olan dələduz ailənin daha bir üzvü - Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib
 

Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib

Azərbaycanda mənzil tikinti şirkətləri rəhbərlərinin dələduzluq ittihamı ilə həbs olunması adi hala çevrilib. Belə dələduzlardan biri, 10 ildən artıq himayə olunaraq vətəndaşları aldadan ailəvi tikinti şəbəkəsi Bakıda 17 mənzili 36 nəfərə satan "Star-M", "Zamiq", "Hasil" "Xəmsə", "EMZ" və "Şans" MTK şirkətinin rəhbəri Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib.

O, həmçinin 7 qeyri-yaşayış sahəsini mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satıb və ümumilikdə vətəndaşların 3 milyon 166 min manat pulunu mənimsəməkdə ittiham olunur.
Məhərrəm Həsənqulu oğlu Məhərrəmovun şirkətlərinin 17 milyondan çox vergi borcu var. Bakıda ən yaxşı yerlərdə xeyli sayda binalar tikib. Hər kəs onu da yaxşı bilir ki, Azərbaycanda yüksək vəzifəli məmurun, rəsmi qurumun himayəsi olmasa, bütün bu cinayətləri törətmək mümkün deyil. Vətəndaşlara qarşı bu qədər dələduzluq edən adamın, tikdiyi binaların dövlət standartlarına nə qədər cavab verdiyi və keyfiyyətli olduğunu necə müəyyən etmək olar?

Məhərrəm Məhərrəmovun qardaşı, "Renad-A", "Amil" və “Birlik-İnşaat” MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu da eyni üsulla dələduzluq yolu ilə 600 nəfər zərərçəkmiş şəxsi aldadıb, onların 11 milyon manat pulunu mənimsədiyi üçün 14 il həbs edilmiş, lakin heç bir əsas olmadan məhkəmə Elman Tağıyevin həbsini ev dustaqlığı ilə əvəz etmişdi.

Bildirək ki, məhərrəmovlar 5 qardaşdır, Adil, Rafiq, Aqil, Elman və Məhərrəm. Bu qardaşların hamısının adına onlarla tikinti şirkəti var və bu sahədə çalışırlar. Mütəmadi olaraq barələrində dələduzluq ittihamı ilə həbs qərarları çıxsa da, cəzadan çox ustalıqla yayınırlar.

Çox güman ki, Məhərrəm Məhərrəmov da dələduz qardaşı Elman Tağıyev kimi, xalqdan oğurladığı puldan məhkəməyə verib həbsdən çıxacaq.

Biz bu ölkəni can Azərbaycan olaraq, düzlük, halallıq məskəni olaraq, möhtəşəm görmək istəsək də, istək və arzularımız hələ də dələduzların ölkədə yaratdığı rüşvət və korrupsiya bataqlığından çıxa bilmir...

Paralel.az

0.017437934875488