Ramazan duası

Ramazan duası
 

Siracəddin Hacı:
- Niyyət etdim, Allahın bir əmrini yerinə yetirdim, bir ay oruc tutdum;
- Orucluq dönəmində tutumu 1500 səhifə olan 4 kitab, onlarla məqalə oxudum – ölçüm il boyu hər gün 50 səhifə oxumaqdır;
- Hər gün Qurani-Kərimlə ünsiyyət qurdum;
- Ramazan orucu ilə bağlı ayələri şərh etdim, 26 məqalə biçimində Sizlərlə paylaşdım. Bu yazılar “Paralel.az” saytında və “Paralel” qəzetində çap olundu, minlərlə insan oxudu, iş davam edir;
- Zalım Putinin Ukraynanı işğalının səbəb və nəticələri ilə bağlı təhlil xarakterli 15 məqalə yazdım, Sizlərə təqdim etdim;
- Qarabağ məsələsi ilə bağlı 4 məqaləmi Sizinlə paylaşdım;
- Məzlum Azərbaycan, Fələstin, Ukrayna xalqının haqlarını müdafiə etdim;
- “Ramazan məktubları” adı ilə 11 yazımı valideynlərə, gənclərə ünvanladım;
- Cəmiyyətdə xeyrin çoxalması, şərin azalması üçün çalışdım;
- Zəkatımı, fitrəmi şəhid ailələrinə, yetimlərə verdim;
- Məscidə getdim, Bayram namazını qıldım, iman qardaşlarımla görüşdüm, söhbətləşdim, bir-birimizə dua etdik;
- Azərbaycan xalqına;
- Əziz Şəhidlərə, Qazilərə;
- MƏHƏMMƏD ƏMİN RƏSULZADƏYƏ, ƏBÜLFƏZ ELÇİBƏYƏ, azad, ədalətli Azərbaycanın qurulmasında əməyi olan hər kəsə;
- Ümmətimə;
- Məzlum, cəsur, azadlıqsevər Ukrayna xalqına;
- İnsanlığa;
- Ailəmə;
DUA ETDİM:
EY HƏR ŞEYİN SAHİBİ OLAN, BİZƏ ORUC TUTMAQ NEMƏTİ, ŞÜURU, GÜCÜ VERƏN ALLAHIM!
- SƏNƏ həmd olsun!;
- Bizi bağışla!;
- Tutduğumuz orucları qəbul et!;
- Bizi Allahdan başqa kimsəyə möhtac etmə!;
- Ağlımıza, qəlbimizə, iradəmizə, vicdanımıza bərəkət ver!;
- Əziz Şəhidlərimizdən, qazilərimizdən razı ol!;
- Bizi azadlığa, ədalətə, barışa, mərhəmətə, elmə yönəlt!;
- Şanlı üçrəngli bayrağın Xankəndində dalğalanmasının yolunu aç!;
- Xalqımıza, ümmətimizə, insanlığa hüzur bəxş et!;
- Əziz Ukrayna xalqını zəfərlə müjdələ!;
ƏZİZ VƏ GÖZƏL İNSANLAR! Ramazan orucu ağlımızı, iradəmizi, vicdanımızı ilahi ölçülərlə tərbiyə etmək, bizi xeyrə yönəltmək üçün var. Qurani-Kərim, tövhid, şükür, təqva, dua, mərhəmət, səbir, paylaşma bayramınız – Ramazan bayramınız mübarək olsun! Allah Sizə, ailənizə hüzur versin, hər gününüz Ramazan, axirətiniz bayram olsun!
Amin!

Paralel.az

0.0140700340271