ƏƏSMN şöbə müdiri deputatı populist və məsuliyyətsiz adlandırdı.

ƏƏSMN şöbə müdiri deputatı populist və məsuliyyətsiz adlandırdı.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deputat Fəzail Ağamalını populist və məsuliyyətsiz adlandırıb. Şöbə müdiri mıtbuata açıqlamasında deyib:

“Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır. Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir”.

Tərəflərin bir-birini günahkar saydığı bu məsələ iki gündür ki, sosial şəbəkələrdə müzakirə edilir və ƏƏSMN ünvanıns tənqid səsləndirilir.

Bəziləri deputatın haqlı olduğunu, əlillırin pensiyalarının kəsilməsindən haqlı narazılığını ifadə ediblər.

Səfurə

0.027580976486206