Dövlət Neft Şirkətinin Yanğından Mühafizə İdarəsində korrupsiya…

Dövlət Neft Şirkətinin Yanğından Mühafizə İdarəsində korrupsiya…
 




Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovniki Valid Quliyev və İdarənin Dəniz Şöbəsinin rəisi, daxili xidmət polkovniki Çingiz Quliyev “Covid-19” tətbiq olunan vaxtlar şəxsi heyətin 30 %-i iş yerlərində olmaqla, qalanlarını isə xidmət yerlərindən pul müqabilində evə buraxaraq, şəxsi mənfəət əldə edirlər.
Paralel.az teref.az-a istinad edərək, aşağıdakı materialı təqdim edir.
Nazirlər Kabinetinin qərarına əsasən, iş yerlərində işçilərin 30 %-i iş rejimi təşkil olmaqla şəxsi heyətin koronavirus testindən (yaxma) verməklə, FHN-in poliklinikasından keçirərək, pozitiv və ya neqativ olduqlarını biləndən sonra xidmət yerlərində “Covid-19” tələblərini əldə rəhbər tutaraq iş yerində 30 % şəxsi heyət saxlayaraq gəmilərdə, özləri istədikləri kimi, şəxsi heyəti S-300 adı ilə, yəni 300 AZN müqabilində, 15 gün-sutka xidmətdə, 30 gün-sutka evdə olmaqla işçiləri evə buraxırlar. Hər gəmidə növbə zamanı ştat üzrə 30 nəfər şəxsi heyət olmaq əvəzinə, növbədə 30 % heyət qalırdı (10-12 nəfər), qalanları isə (S-300) gediblər. Bu haqda gəmi rəhbərliyi, şöbə və idarə rəhbərliyi məlumatlı idi.
Xidmətə - növbəyə gələn şəxsi heyət, Döyüş Nizamnaməsinə əsasən, xidməti yerlərdə xidmət jurnalında qeyd olunurdular ki, icazəlidirlər, növbə başa çatdıqdan sonra isə yəni 15 gün-sutka qurtardıqdan sonra xidmət jurnalında yenidən dəyişiklik edilərək, “Covid-300” adı ilə xidmətdə olmayanlar, döyüş hesabında qeyd olunurdular. Bütün bu prosesdən gəmi komandirləri, şöbə rəisi, idarə rəisi məlumatlı idilər. Proses belə təşkil olunurdu: S-300 olan şəxs öz iş kartından – maaş kartından 300 AZN + 2 AZN pul köçürürdü. 300 AZN pul köçürülürdü gəmi komandirinə və ya onun müavinlərinə, 2 AZN isə bankın köçürmə xidmət haqqıdır.
Gəmi komandiri və ya onların müavinləri köçürülən pulları idarə rəisi Valid Quliyevə və şöbə rəisi Çingiz Quliyevə, onların kart hesabına (ola bilsin şəxsi kartlarına) köçürürdülər.
S-300 açıqlaması isə belədir: “Vixr-3” Yanğınsöndürmə gəmisinin, üzmə vaxt qurtarması ilə əlaqədar və döyüş hesabından çıxarılıb “Klass” əsaslı təmirə dayanması haqqında Dövlət Dəniz Administrasiyasına, Dövlət Neft Şirkətinin “SOCAR” rəhbərliyinə və idarə rəisi Valid Quliyevə bir neçə dəfə radioqramma göndərilib. Dövlət Neft Şirkəti “SOCAR” və Dövlət Dəniz Administrasiyası tərəfindən gəminin əsaslı təmirə dayanmasına və Bakıya gəlmələrinə icazə verilib. Lakin idarə rəisi Valid Quliyev xarab olmuş gəminin obyektdə qalmasını məcbur edib. Bu barədə gəmi rəhbərliyi texnik-şöbə rəisinə Çingiz Quliyevə müraciət edib, o isə imtina edərək deyib ki, bu, mənlik deyil, idarə rəisi nə deyirsə, onu da yerinə yetirin. Gəmi heyəti öz növbə vaxtından artıq, 8 gün-sutka ac, təminatsız, dava-dərmansız, aralarında xəstə olmaqla, dənizdə qalıblar.
Gəmiyə və şəxsi heyətə idarə rəhbərliyi tərəfindən heç bir köməklik – təminat göstərilməyib.
Haqlı sual yaranır ki, gəminin sahibi kimdir?! Valid Quliyev tərəfindən gəmilərin möhürləri yığılaraq idarədə saxlanılır, gəmiyə “Xəzər-Dəniz Donanması” QSC tərəfindən, təchizat və mal-materialların, onların anbarından alınıb, gəmiyə gətirmək üçün hər dəfə sənədləri möhürləmək üçün idarə rəisi Valid Quliyevin yanına getmək və sənədləri möhürləmək, gəmi komandirləri və onların müavinlərindən tələb olunur.
Bəs gəmi möhürü harada olmalıdır? QSC tərəfindən gəmi möhürləri kimə verilib? Valid Quliyevə, yoxsa gəmi kapitanlarına? Bəs onda Dəniz şöbəsi rəisi Çingiz Quliyev orda nə işinə baxır? Deməli, belə nəticəyə gəlmək olar ki, idarə rəisi öz bağ evlərinə, boya və su şlanqları və s. üçün malları gəmidən asanlıqla çıxartmaq üçün gəmi möhürlərindən istifadə edir.
Gəmi heyətinin peşəkarlığı aşağı səviyyədədir. Çünki əməkdaşların işçi diplomları yoxdur. Şturmana matros, mexaniklərə - motorçu, elektro-mexaniklərə - elektrik sertifikatı verilir.
P.S.Qarşı tərəf də öz mövqeyini bildirə bilər.
Paralel.az

0.011389970779419