Rusiyanın Ukrayna hərbi təcavüzünə etiraz güclənir.

Rusiyanın Ukrayna hərbi təcavüzünə etiraz güclənir.
 

Bu, Rusiyanın ən böyük səhvidir

Hazırda Rusiyanın Ukraynada apardığı, dinc əhalinin kütləvi qırğını ilə davam edən qanlı müharibə üçüncü dünya müharibəsinə keçid ərəfəsindədir.

Bu müharibəni artıq iki dövlət arasında deyil, dünyanın inkişaf etmiş güclü ölkələrilə Rusiya arasında getdiyi aydın görünür. ABŞ və Avropa ölkələri Ukraynaya maddi və hərbi yardım göstərməklə müharibədə iştirak etdirlər. Onlar müharibəni uzatmaqla, Rusiyanın bütün hərbi-iqtissdi resurslarının tükənməsini istəyirlər.

Ona görə, müharibə Rusiya ilə Ukrayna arasında getsə də, ABŞ və Avropa daha çox güc sərf edir. Mən bu müharibəni iki düşərgə arasında dünya ağalığı uğrunda gedən döyüş hesab edirəm.

Yerigəlmişkən, ABŞ və Avropanın Ukraynaya yardım etməsini müsbət hesab etsək də, ABŞ və Avropa ölkələrinin dünyadakı işğalçı və istismarçı hərəkətlərini, xüsusən islam-türk dünyasına, Ermənistanın haqsızlığına dəstək verib, Türkiyə və Azərbaycan dövlətlərinə mənfi münasibətlərini unutmaq olmaz.

Məsələn, ABŞ dünyanın 70-dən çox nöqtəsində müharibə edir. Fransa Afrika ölkələrində cinayət törətməkdə davam edir. Digərləri də onlar kimi. Rusiya postsovet məkanındakı müstəqil dövlətlərin ərazilərini seperatçılıqla parçalayıb, həmin dövlətləri özündən asılı vəziyyətə salıb. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərinin bir hissəsini zəbt edib.

Üç aydır Ukraynanın şəhər və kəndlərini ağır silahlarla aramsız atəşə tutub, yerlə yeksan edən Rusiya dünyanın tələb və çağırışına məhəl belə qoymur, əksinə, işal etdiyi ərazilərdən geri çəkilmək əvəzinə, dünyanı nüvə silahı ilə, üçüncü dünya müharibəsilə hədələyir.
Qeyd edim ki, Rusiya Ermənistanın seperatçı quldur hərbi dəstələrinin gücüilə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək, bir milyondan çox insanlarımızı yurd-yuvasından didərgin salmışdı.

Rusiya hələ də ölkəmizin müstəqil dövlət kimi inkişaf etməsinə, vətəndaşların firavan və məsud yaşamasına imkan vermir.
İlyarımdan çoxdur Azərbaycanın qəhrəman ordusu tərəfindən 44 günlük müharibədə Ermənistan seperatçılarının işğalından azad olmuş torpaqlarda yerli əhalinin məskunlaşmasına Rusiya imkan vermir.

Füzulu, Cəbrayıl, Zəngilən və Şuşa şəhərində əhalinin məskunlaşması üçün normal şərait olsa da, buna imkan vermir. Bütövlükdə bu faktlar Rusiyanın xalqımıza qarşı etdiyi haqsızlığın, ədalətsizliyim həddi-hüdudu yoxdur.

Azərbaycanı özünə "dostu və strateji tərəfdaşı" seçən Rusiya bu barədə dövlətlərarası sənəd imzalasa da, işğalçı ordusunu sülhməramlı adı altında ölkəmizə yeridərək, Qarabağı işğal altında saxlayır. Ermənistanın hərbi quldur dəstələrini himayə edir, onların Azərbaycan hərbi hissələrini daim atəşə tutmasına yardım göstərir.

Müxtəlif vasitələrlə ölkəmizin ərazisinə nəzarət edir, Qarabağda yaşayan ermənilərin vasitəsilə ərazimizin Rusiyanın tərkibinə daxil etmək üçün təbliğat-təşviqat işi aparır, dövlətimizin daxili işlərinə qarışır, dövlətin idarə edilməsinə güclü təsiri göstərir, sərvətlərimizi sümürməklə, xalqımızın haqqı səsini boğur.

Lakin dünya xalqlarını və dövlətləri nüvə silahı ilə hədələyib, qorxutsa da, Ukrayna ilə ədalətsiz müharibədən sonra Putinin hakimiyyətdə qalması mümkün görünmür və Rusiya mütləq parçalanma təhkükəsilə üzləşəcək. Bunun bir sıra obyektiv səbəbləri var.

Çünki Rusiya ona məxsus olmayan, öz ərazisindən 10-15 dəfə böyük əraziləri uzun illərdir işğal edib. Rusiya bu ərazilərin sahibi olan 132 xalqı istismar etməklə, onların azad yaşamaq haqqını əlindən alıb, ruslaşdırma siyasətilə onların nifrətini qazanıb. Bu xalqlar hazırda zorla susdurulsa da, Rusiyanın Ukraynada etdiyi insanlığa sığmayan hərbi təcavüzünə, dinc əhaliyə, körpələrə, qocalara, xəstələrə qarşı törətdiyi vandalizmə və cinayətə etiraz edirlər.

Bu xalqların azadlıq uğrunda mübarizəyə başlayacağı gün çox uzaq deyil. Hazırda Rusiyanın Ukrayanaya hərbi təcavüzünə etiraz edən 20 min nəfər Rusiya vətəndaşının həbs olunması dediyimizə əyani sübutdur.

Unutmaq olmaz ki, hazırda Ukrayna xalqı tək özü üçün döyüşmür, Rusiya tərəfindən daim zülm və istismar olunan xalqların, o cümlədən Azərbaycan xalqının başına gətirilmiş 20 Yanvar və Xocalı faciəsində, hərbi təcavüz nəticəsində müharbədə həlak olmuş bütün şəhidlərimizin qisası uğrunda qəhrəmancasına döyüşür.

Ona görə, Uca Millətimizin Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi cinayətkar müharibədə ukraynalıların yanında durmasını alqışlayıram və bundan sonra da yanında olmağa davam edəcəyinə şübhə etmirəm!

0.017419815063477