"Dastan gecələri"...

 
 

Paralel.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan "Dastan gecələri"nin bərpası və təbliğiadlı layihənin icrasına başlayıb.

Türk xalqlarında folklorunun ən aparıcı janırlarından biri dastanlardır.  Avroasiya məkanında geniş yayılmış dastanlar qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğuları özündə əks etdirir. Qədim köklərə bağlı dastançılıq ənənəsi bu gün də yaşayır və aşıqlarımız tərəfindən yeni dastanlar yaradılır.

         Geniş həcmi ilə seçilən dastanlar qurluş etibarı ilə Avropa romanlarını xatırladır. Orada qəhrəmanın həyat hekayəsi özünə geniş yer tapır. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğlaşmış şəklidə təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynayır.

Bütün bunları nəzərə alaraq, təşkilat Azərbaycanda dastançılıq ənənəsinin qorunub, saxlanması və inkişafı üçün 27-29 aprel 2022-ci il tarixdə Bakı şəhərində (Bəşir Səfəroğlu 122-də) Borçalı aşıqlarının ifasında “Dastan gecələri”nin keçirilməsini planlaşdırır. “Dastan gecələri”ndə Gürcüstan “El” aşıqları təşkilatının sədri Nargilə Mehtiyeva, təşkilatın üzvləri Aşıq Əşrəf Təmirov, Aşıq Qara Süleymanov, Aşıq Samir Qaraxanov, Aşıq Qabil Abduyev, Aşıq İlkin Qoçulu iştirak edəcəkdir. Tədbirin sonunda aşıqlara sertifikat və hədiyyələr də veriləcək.

Şahnaz Salehqızı

0.017486810684204