Xətaidə “yaşıl soyqırım”!

Xətaidə “yaşıl soyqırım”!
 





Paytaxtda yaşıllıqların məhv edilməsiylə bağlı daim məlumatlar yayımlanır. Budəfəki xəbər isə Xətai rayonundan gəlib. Paralel.az gundem.media-ya istinadla bu barədə xəbər verir.
Rayon ərazisində, konkret olaraq General Əliağa Şıxlinski-32 ünvanında yaşıllığı ələ keçimək istəyən naməlum şəxslər öz çirkin niyyətlərinə çatmaq üçün ağacları yandırıblar. Sakinlər bildirirlər ki, ərazidə olan ağaclar qəsdən məhv edilib. Onların sözlərinə görə, 26 aprel tarixində ərazidəki ağaclar bir gündə iki dəfə yandırılıb. Günorta saatlarında FHN-in yanğınsöndürənləri baş vermiş yanğını söndürsələr də, axşam saatlarında ərazidəki ağaclar yenidən yandırılıb.
Sakinlər iddia edirlər ki, bu yanğın Xətai rayon İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirilib. Məqsəd ərazini baha qiymətə satmaq, yaxud orda tikinti işini həyata keçirməkdir. Bu səbəbdən də, yanğının törədilməsinə məhz İcra Hakimiyyəti nümayəndələrinin məsuliyyət daşıdığı vurğulanır.
Xətai rayonunda yaşıllıqların məhv edilməsi yeni xəbər deyil. Görünür, bu dəfə ya ərazinin saxta sənədlərlə satışını təşkil etmək, ya da yaşıllığı məhv etməklə özlərinə obyekt tikmək fikrindədirlər. Ərazidə yaşayan vətəndaşlar bildiriblər ki, ağaclığı kütləvi şəkildə məhv edənlərin Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları olması ərazidə çəkilən fotolar və videolarda təsdiq edilməkdədir. Əslində, ərazinin bir gündə iki dəfə yandırılması bu faktın heç də təsadüf olmadığını göstərir. Bu həm də onu sübut edir ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə məhəl qoymayan Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi torpaqların qanunsuz sənədlərlə satışını davam etdirməkdə israrlıdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən ərazidə baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını almasına və bu kimi məmurların qanunla cəzalandırılmasına diqqət edəcəyinə ümid edirik.
Paralel.az

0.019129991531372