Lövhi-məhfuz nə deməkdir?

Lövhi-məhfuz nə deməkdir?
 

Bu sözün ərəb dilindən tərcüməsi "qorunan lövhə" deməkdir. Qurani-kərimdə bu ad bir neçə ayədə işlədilib. Məsələn: "O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuz¬dadır" (Büruc, 21-22). İslam inancına görə, dünyanın əvvəlindən sonuna kimi baş vermiş və baş verəcək hər şey, bütün hadisələr, əməllər, sözlər, savab və günahlar, o cümlədən, Qurani-kərim və digər səmavi kitablar lövhi-məhfuzda qeyd edilir.

Paralel.az islam.az-a istinadən bildirir ki, bunu bir növ qəzavü-qədərin yazıldığı mənbə kimi də qəbul etmək olar. Heç bir hadisə lövhi-məhfuzdan kənarda qala bilməz. Burada yazılanlar qiyamət gününə kimi dəyişmədən qorunacaq (adının mənası da buradandır). Qiyamət günündə lövhi-məhfuzdakı bəzi məlumatlar üzə çıxacaq. Məsələn, günahkarların bəhanəsini kəsmək üçün Allah onların əməllərini lövhi-məhfuzda canlandıracaq.

0.021223068237305