Yasamal icra hakimiyyəti birinci qrup əlilin qapısını niyə uçurub?!..

Yasamal icra hakimiyyəti birinci qrup əlilin qapısını niyə uçurub?!..
 

Məhkəmə əlilin iddiasını təmin edib

Birinci qrup əlil Zaur Seyidzadə evinə açdığı qapını lom-kürəklə dağıtdığına görə Yasamal rayon icra hakimiyyətini məhkəməyə verib. Məhkəmə prosesi keçirilsə də, icra hakimiyyətinin nümayəndələrindən heç kim iştirak etməyib.

Məhkəmə Zaur Seyidzadınin xeyirinə qərardad çıxarıb. Qeyd edək ki, Z. Seyidzadə özü hüquqşünasdır. O, məhkəmədən sonra bildirib ki, "Mənzil məcəlləsi"nin 20-ci maddəsinə görə, vətəndaş evinə münasib yerdən qapı açmaq hüququna malikdir.

Zaur Seyidzadə məhkəmədən sonra açıqlamasında deyib ki, icra hakimiyyətinin hər qapı açan vətəndaşı aldadıb, 5-10 min manat pul almağa vərdiş etmiş işçiləri adamların öz hüququnu bilməməsindən həmişə istifadə edib özlərinə var toplayırlar. Məndən də nə qoparmaq istədiklərini yaxşı bilirəm. Amma çox yanlış yoldadırlar.

Rayondakı bütün yaşayış binalarının birinci mərtəbəsində olan yaşayış evlərinin hamısını ticarət, iaşə və digər obyektə çevirən insanlardan rüşvət almaqla məşğul olan hakimiyyət nümayəndələri vətəndaşları aldatmaqla məşğuldurlar.

Mirdaməd

 

0.048207998275757