Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Oruc tutmaq və atmaqdır

ORUC DEYİR:
- TÖVHİDİ tut, şirki at – tövhid azad edir, şirk kölələşdirir;
- ƏDALƏTİ tut, zülmü at - ədalət hər kəsi, hər şeyi layiq olduğu yerdə tutur, zülm yerindən edir;
- AZADLIĞI tut, köləliyi at – azadlıq dəyər qazandırır, köləlik dəyərsizləşdirir;
- ELMİ tut, cəhaləti at – elm dirildir, cəhalət öldürür;
- QƏNAƏTİ tut, israfı at – qənaət bərəkəti çoxaldır, israf azaldır;
- DOĞRUNU tut, yalanı at – doğru əxlaqı düzəldir, yalan pozur;
- HAQQI tut, batili at – haqq mənaya, batil mənasızlığa yönəldir;
- KƏBİNİ tut, zinanı at – kəbin ailə inşa edir, zina dağıdır;
- SEVGİNİ tut, nifrəti at – sevgi birləşdirir, nifrət ayırır;
- BARIŞI tut, savaşı at – barış xeyri, savaş şəri çoxaldır;
- BİRLİYİ tut, parçalanmağı at – birlik gücləndirir, parçalanma zəiflədir;
- HALALI tut, haramı at – halal sınır qoyur, haram sınırsızlığa yol açır, qudurdur;
- MƏRHƏMƏTİ tut, acımasızlığı at – mərhəmət sevgiyə, acımasızlıq nifrətə yol açır;
- MÜSƏLMAN olmağı tut, sünni, şiə olmağı at – müsəlman olmaq birləşdirir, sünni, şiə olmaq bölür;
- İSLAMI tut, məzhəbləri, təriqətləri at – islam barışa, məzhəblər, təriqətlər didişməyə çağırır;
- QURANİ-KƏRİMİ tut, xurafələri at – Qurani-Kərim ağılı, iradəni, vicdanı oyadır, xurafələr uyudur;
Sözümü YAZIÇI PETERSONUN duası ilə bitirirəm: “Allahım, mənə dəyişdirilməsi mümkün olanı dəyişdirəcək CƏSARƏT, dəyişdirilməsi mümkün olmayanı qəbul edəcək SƏBİR, bu ikisi arasındakı fərqi göstərəcək AĞIL ver!”
Amin!

Paralel.az

0.013820886611938