Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIX yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIX yazı
 

Siracəddin Hacı:

Qurani-Kərim buyurur ki, insan hidayət üçün bu addımları atmalıdır:

- məsuliyyətli varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır” (Səbə, 34/50);
- iman etməlidir, iman etsə, Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar...” (Səbə, 34/50);
- Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...” (Ali-İmran, 3/103);
- kimsənin arxasınca kor-koranə düşməməlidir: “Onlara: “Allahın endirdiklərinə uyun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın ənənəsinə tabe olarıq”, - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?” (Bəqərə, 2/170);
- cihad etməlidir: “(Biz) davamız uğrunda var gücünü xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır” (Ənkəbut, 29/69);
- hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: “Bizi doğru yola yönəlt!” (Fatihə, 1/5);
- hidayətə tabe olmalıdır: “... Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusu yoxdur, keçmişdən dolayı hüznlü də olmayacaq” (Bəqərə, 2/38);
- azmamaq üçün çalışmalıdır: “... Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et...” (Ali-İmran, 3/8);
- bilməlidir ki, O, azmayanı azdırmaz: “Onlar nə zaman yoldan azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin verdi” (Saf, 61/5);
QURANİ-KƏRİM BUYURUR Kİ, BU İŞLƏR İNSANIN AZMASINA YOL AÇAR:
- ənənəyə kor-koranə bağlılıq: “... Onlar: “Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik”, - deyirlər” (Zuxruf, 43/22);
- doğru yolda olduğunu zənn etmək: “Onlara: “Allahın endirdiyinə və peyğəmbərə gəlin!” - deyiləndə: “Atalarımızın ... inancı bizə yetər!” - deyirlər” (Maidə, 5/104);
- arzu və həvəsinin arxasınca getmək: “Ondan (Rəbbin ayələrindən) üz çevirən kimsədən daha zalım biri ola bilərmi?” (Kəhf, 18/57);
- zülm etmək: “Xeyr, (özlərinə) zülm edən kimsələr bilgisiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?” (Rum, 30/29);
- Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək (hökm vermək): “Onlara doğru yolun bilgisi gəldiyi zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür (belə) düşünmələridir: “Bu, necə ola bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?” (İsra, 17/94);
- şeytana uymaq: “... Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıb-yandıran bir əzaba yönləndirər” (Həcc, 22/4);
- axirətə inanmamaq: “... Doğrusu, Allahın hüzuruna çıxarılacaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar” (Yunus, 10/45);
- öncə iman edib, sonra inkara yönəlmək: “... Onu inkar etsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aiddir”;
- ehtiyacsız olduğunu düşünmək: “Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə...” (Ələq, 96/6-7);
Ardı var...
Paralel.az

0.012417078018188