Ağsuda bir müharibə veteranı və iki əlil olan ailə şikayətçidir

Ağsuda bir müharibə veteranı və iki əlil olan ailə şikayətçidir
 

Ağsu rayonunun Təklə kənd sakini Qurbanova İlhamə Sədaqət qızı Qaynarxett.az-a şikayət ərizəsi göndərib. Şikayətci bildirir ki, qışın soyugunda ailəsi cöldə gecələməyə məhkumdu. Evi qəzalı oldugundan hər an uca bilər. Şikayətci yazır: 

"05.02.2019-cu il tarixdə Şamaxı-İsmayıllı-Ağsu bölgəsində baş verən zəlzələ nəticəsində bizim də yaşayış evimiz zərər çəkmişdir. 24. 04. 2019 cu il tarixdə arayış verməsinə baxmayaraq, Muradlı kənd ərazi icra nümayəndəliyinin sədri Əbilfəz Əmiraslanov, müavini Fərhad Soltanov və rayon memarlıq şöbəsinin müdiri Mirəli Qurbanov bizi on ay aldadaraq yoldaşım Cahsngir Sabirovun adına olan evimizi qeydiyyata almayıblar. Sonra isə icra hakimiyyəti tərəfindən yenidən evə baxış keçirilib mənim adıma qeyd edib "növbə"-yə salıblar.

Həyat yoldaşım və mən 35 il starjla, vətənpərvər ailə kimi ömrümüzün çox hissəsini dövlət müstəqilliyimizin qorunub saxlanmasına- dovlətə-dövlətçiliyə, vətənə və xalqa xidmət etmişik, min bir əziyyətlə dörd vətənpərvər övlad böyütmüşük, övladımız İbrahim Sabirli cəbhə bölgəsində hərbi xidmətdə olub və vətən müharibəsi iştirakçısıdır. Ailədə iki əlil olmasına baxmayaraq, özümüz, övladlarımızın gələcəyi üçün çalışmamışıq, hədəfimiz Qarabağ olub.

Zərər çəkmiş fərdi yaşayış evlərinin tikilməsi, bərpası və təmiri üçün cənab prezident İlham Əliyev dəfələrlə vəsait ayırmışdır. Artıq 3 ildir ki, M. Qurbanov prezidentin xalqa göstərdiyi qayğını, on milyonlarla vəsaiti ata-babasından qalma miras kimi özünə, yaxın qohumlarına xərcləyir və rüşvət aldığı digər vətəndaşlara satır. Rüşvət almadığı və ayrılan smeta dəyərinin 3/2 hissəsini belə mənimsəyə bilmədiyi heç kimin evinin tikilməsinə, bərpa və təmirinə qol qoymur, əksinə hər vəchlə mane olur.


Belə ki, M. Qurbanov rayonda və kəndlərdə on illərlə yaşayışı, işıq, qaz çekləri olmayan və köçüb şəhərdə yaşayan vətəndaşların çoxdan ucub-dağılmış köhnə evlərini rüşvət müqavilində yenidən tikdirib, həqiqətən də yaşayış olan və zəlzələdən zərər çəkmiş bir çox evlərin tikilməsinə isə mane olur və ya işi yarımçıq qoyur. Təmir, bərpa işləri də eynilə, rüşvət aldığı və smetadan əlavə bir neçə min manat oğurladığı vətəndaşların evlərini tikdirir, təmir, bərpa etdirir, qalanları isə min cür bəhanələrlə aldadılıb süründürülür, qüsur aktı olsa da belə növbədə qalır və ya sənədləri ümumiyyətlə "yoxa çıxır".

Dəfələrlə qeyd olunduğu kimi M. Qurbanov böyük həcmdə pulları oğlunun adına açdığı şirkətin qanunsuz uddiğu tender vasitəsilə mənimsəyirmiş.

Təbii ki, bütün bu cinayət işlərini Ağsu rayon icra hakimiyyətinin başçısı, FH işləri üzrə məsul şəxs İH-nin ikinci müavini, FHN-nin rayon nümayəndəsi, şəhər meri, yerli icra nümayəndələri və digər xəyanətkar-cinayətkar şəbəkə üzvləri ilə həyata keçirir. Şəxsən mən 3 ay öncə FHN-nin "AZKOMMUNLAYİHƏ" institunda 3 il öncədən icra başçısı, memarlıq şöbəsi və institut tərəfindən tərtib və möhürlə təsdiq edilən qüsur aktını və səhifədə yalnız bizim adımızın 1778-ci sırada qaldığını, üstündən qırmızı xətt çəkildiyini aşkarlayıb, surətini əldə etmişəm. 

Bu barədə cənab Prezidentimizə və aidiyyatı nazirliklərə rəsmi müraciət etmişəm.

Cənab prezident, FHN-nin TikintidəTəhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və nazirliklər bildirirlər ki, Ağsu rayon icra hakimiyyətinə müraciət etməlisiz. İH-nin memarlıq şöbəsinin müdiri Mirəli Qurbanov isə şifahi olaraq bildirir ki, smeta gəlib və hansısa şirkətin Şahbaba adlı əməkdaşına adi kağıza görüləcək işlərin siyahısını yazıb verib, həmin əməkdaş bir nəfər ilə yenidən gəlib evə baxış keçirib, qəzalı yerlərin şəkillərini də çəkib gediblər. Telefon əlaqəsi saxlamışıq, Şahbaba bildirir ki, icra hakimiyyəti nə vaxt vəsait ayırsa gəlib evinizi təmir edəcəyik.

M. Qurbanov bizi 3 ildir aldadıb, süründürüb, növbəmizi və cənab prezident İlham Əliyevin bizə ayırdığı vəsaiti başqalarına sataraq deyir ki, "pul olmasa biz smetanı hazırlada bilmərik, smeta da gəlməsə iş başlaya bilməz". Bəs necə olur ki, indi smeta hazırlanıb gəlib vəsait yoxdur ? BƏS BEŞ AY ƏVVƏL AYRILAN DÖRD MİLYON MANAT VƏSAİTİN TALEYİ NECƏ OLDU?

Dövlətə və dövlət rəhbərinə xəyanət edən bu məmurları kim cəzalandırmalı və bizə kim köməklik etməlidir ?

Ağsuda yüzlərlə belə bizim kimi aldadılan vətəndaşlar var, bu kimi iyrənc oyunlarla xalqı dövlətə qarşı çıxaran belə nankor cinayətkarların məqsədləri nədir görəsən?

Budurmu vətənpərvər ailə kimi bizim xidmətlərimizə verilən dəyər?

Bu sualı övladlarımız da bizə verir, cavab tapmırıq, söz tapmırıq deməyə. Evdə gecələməyə qorxuruq, səksəkə icərisində yaşayırıq. Neyləyək cöldə gecələyək? Belə zülm olar, başımıza gətirirlər? 

Hörmətli redaksiya, ümüdümüz bir sizə qalıb, xahiş edirik ki, bizim şikayətimizi ictimailəşdirin ki, bəlkə aidiyyatı qurumların vicdanı oyandı, bizi bu zülmdən qutardılar.

Hörmətlə, Qurbanova İlhamə Sədaqət qızı." 


















0.020410060882568