Zaqatalda ər arvadını və özünü öldürdü - cinayət prokurorluq araşdırır
Zaqatala Rayon Prokurorluğu Çardaxlar kəndində kişinin arvadını və özünü öldürməsi barədə məlumat yayıb.
Prokurorluqdan daxil olan məlumatda deyilir:
"Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalar nəticəsində Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Paralel.az xəbər verir ki,
Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir. O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.
Onların iki övladı var.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.