Moskvanı şoka salan "Moskva” kreyseri necə vurulub ?

Moskvanı şoka salan
 

 

Osman Gündüz:
İki gün öncə Ukrayna ordusu tərəfindən sıradan çıxarıldığı bildirilən Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyserinin vurulması ilə bağlı 4 versiya irəli sürülür :
1. Ukrayna mənbələri kreyserin Ukrayna istehsalı olan, gəmi əleyhinə 2 ədəd "Neptun" qanadlı raketi vasitəsilə vurulduğunu bildirir.
Bu raketlər Ukraynada Poroşenkonun dövründə hazırlanıb və sınaqdan keçirilib.
2. ABŞ, NATO ölkələri kreyserdə hansısa səbəbdən güclü partlayış və yanğın olduğunu bildirirlər
3. Rusiya mənbələri bildirir ki, kreyserə hansısa hücum olmayıb, sadəcə yanğın olub, partlayış nəticəsində gəmi zədələnib və sonradan "dayanıqlığını itirib"
4. Kreyserin Böyük Britaniyanın Ukraynaya verdiyi "Harpon" gəmi əleyhinə raketləri vasitəsilə vurulduğu da bildirilir
Yəqin ki, daha dəqiq detallar müharibədən sonra açıqlanar.
Güman etmək olar ki, 750 milyon dollarlıq "Moskva" kreyseri NATO resurslarının köməyi ilə Ukrayna ordusu tərəfindən məhv edilib.

Paralel.az

0.020860195159912