İngiltərədə 350 illik tarixi olan binanı alan məmur
Cavanşir Həsənli:
İngiltərədə 350 illik tarixi olan bu binanı (hotel) 1.4 milyon funt sterlinqə (3 milyon manatdan artıq) alan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) ELNUR HƏMİD OĞLU SÜLEYMANOVdur. Hotel onun həyat yoldaşı - 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ZAREMA ÖMƏROVNA ƏFƏNDİYEVAnın adına rəsmiləşdirilib. Onun 2020-ci ildə Britaniyada təsis etdiyi DEAN VALLEY HOTEL LIMITED şirkəti üzərindən The Fence, St. Briavels, Lydney, England, GL15 6RB ünvanında yerləşən Lindors Country House Hoteli maliyyə çətinlikləri ilə üzləşmiş Carlauren Groupdan satın alınıb və adı dəyişdirilərək DEAN VALLEY MANOR adlandırılıb.
Zarema Əfəndiyeva Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqdur.
Nazirliyin keçmiş şöbə müdiri 2020-ci ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyada Karlovi Varıda daşınmaz əmlak şirkətinin sahibidirlər.