Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - III yazı
Siracəddin Hacı:
5) Brüssel görüşünün nəticələri
- Rusiyanın iştirakı olmadan keçirildi;
- ATƏT-in Minsk qrupu önəmini itirdi;
- Qarabağ məsələsini Rusiyanın monopoliyasından çıxarmaq imkanlarının varlığını təsdiq etdi – Rusiyanın hakim mövqeyi zəifləməsə (Rusiya tamamilə kənarlaşdırılmalıdır demirəm – bu, indiki mərhələdə imkansızdır, məsələnin Rusiyanın monopoliyasından çıxarılmasını nəzərdə tuturam), Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmaz;
- görüş Azərbaycanın Rusiya ilə münasibətlərinə yenidən baxılmasının zəruriliyini göstərdi;
- “Dağlıq Qarabağ” ifadəsinə yer verilmədi, ancaq bu, “Dağlıq Qarabağ” ifadəsindən birdəfəlik imtina anlamını daşımır, belə ki, Şarl Mişel sülh müqaviləsində başqa məsələlərin də nəzərdə tutulduğunu ifadə etdi;
- iki önəmli addım atıldı:
a) sülh sazişinin hazırlanması üçün addımlar atılsın;
b) sərhədlərin dəqiqləşdirilməsi üçün qrup formalaşdırılsın – təbii ki, bu qərarların icrası önəmlidir;
- Azərbaycanın müttəfiqlərə ehtiyacı var, Brüssel görüşü göstərdi ki, Avropa Birliyi bu müttəfiqlərdən biri ola bilər;
6) Rusiyanın Brüssel görüşünə reaksiyası
- Rusiyanın istəmədiyi şey Qarabağ məsələsinin onun əlindən – monopoliyasından çıxmasıdır;
- bu təhlükəni hiss edən Putin Brüssel görüşündən öncə İlham Əliyevə və Paşinyana zəng etdi – Rusiya hələ ölməyib mesajını verdi;
- Ermənistan və Qarabağdakı Rusiyaya bağlı güclər hərəkətə keçirildi;
- Tovuz istiqamətindən Azərbaycana atəş açıldı;
- Ermənistanın Xarici İşlər naziri Moskvaya çağırıldı, görüşün ən önəmli nəticəsi budur: Rusiya Azərbaycanla Ermənistan arasında indiyədək nisbi neytrallıq göstərir, bu yolla iki tərəfi də idarə etməyə çalışırdı. Uzun müddətdən sonra ilk dəfə Ermənistanın xeyrinə tərəfsizliyini pozdu, birmənalı olaraq erməni xalqının, təbii ki, onların əli ilə Rusiyanın mənafelərini qoruyacağını bildirdi;
- Rusiya Müdafiə Nazirliyi Azərbaycana təzyiq məqsədi ilə iki məsələni önə çıxartdı:
a) “Dağlıq Qarabağ” ifadəsinin işlənmə tezliyini artırdı – ora Rusiyanın nəzarətindədir, özəl status veriləcək demiş oldu;
b) üçtərəfli bəyanatın heç bir anlamının olmadığını ifadə etdi, bu məqsədlə “Dağlıq Qarabağ”ın silahlı qüvvələri var mesajını verdi, yəni ora ayrıca dövlətdir;
- Rusiya Qafqazdakı mənafelərindən asanlıqla əl çəkməyəcək, indi Ukrayna ilə savaş halındadır, təzyiqlərin dozasını artırmaq imkanı yoxdur, Azərbaycanı sərt biçimdə sıxışdırsa, Türkiyə ilə qarşıdurma ortaya çıxacaq, Azərbaycanla Türkiyənin tərəfsizlik siyasətini Ukraynanın xeyrinə pozması Rusiyanın mövqeyinə ağır zərbə vuracaq. Ancaq Rusiyanın qorxutma siyasəti davam edəcək, o bu məqsədlə Ermənistandan istifadə imkanlarını artıracaq;
Ardı var…