Məmurların biznes ortaqlığı

Məmurların biznes ortaqlığı
 




Xəbər verildiyi kimi, Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Adil Xudadatovun Sumqayıtda və Bakıda olan obyektlərinin siyahısı açıqlanıb. Dostlarının da tikinti işlərində köməklik göstərdiyini bildirən A.Xudadatov əmisinin yoldaşı Reyhan Verdiyevanın sahibkar olduğunu, əmisinin 30 ilə yaxındır bir tikilisinin olduğunu etiraf edib.
Paralel.az gundem.mediaya istinadla Adil Xudadatovun etiraf etdiyi tikili ilə bağlı maraqlı faktlardan bəhs edir.
Məlumata görə, sözügedən obyekt Sumqayıt şəhəri, məhəllə-40 ünvanında yerləşir. 3 ortaq olaraq inşa edilən "Ortaqlı Azərinşaat" şirkəti 2002-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb.
Məlumatda bildirilir ki, 3 ortaqdan biri də məhz baş memarın əmisidir. İşin maraqlı tərəfi isə odur ki, həmin şirkətin qanuni təmsilçisi Vaqif Mehdiyevdir. Qanuni təmsilçi kimi adı qeyd olunan şəxs Ucar rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun 1-ci müavinidir. İddiaya görə, V.Mehdiyevlə Adil Xudadatovun ailə üzvləri yaxındırlar.
Paralel.az

0.021716833114624