Ramazan məktubları - V məktub
Siracəddin Hacı:
Əziz analar, atalar! ÖVLADLARINIZIN:
- zahiri gözəlliyini – üzünü gözünü, saçını, boyunu... tərifləməyin, bu gözəlliklərdə onların əməyi yoxdur. İnsan əməyi olmayan bir şeylə təriflənsə, bu təkəbbürə yol açar, əməyi dəyərsizləşdirər, əxlaqı pozar;
- övladlarınızın nəticəsindən asılı olmayaraq əməyini tərifləyin – bu onları daha çox çalışmağa yönəldər, əməyə sayğılarını artırar, zəhmətsiz rəhmətin olmadığını öyrədər, inkişafa yol açar;
ALLAH BUYURUR Kİ, HƏR KƏSƏ ƏMƏYİNİN QARŞILIĞI VAR!