"İnsan nədir,  bilirsənmi?"

 

Tapdıq ABBAS
Baş redaktor,
Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru

 Bir filmdə deyildiyi kimi

 Allahın onsəkkiz min aləmi, o cümlədən dünyanı hansı məqsədlə yaratdığı barədə müqəddəs kitablarda aydın yazılıb. Ona görə , Allahın ilk peyğəmbəri Adəmdən sonuncu peyğəmbər  Məhəmməd Mustafaya(s.a.s)(xatəmən-Nəbi) qədər bütün peyğəmbərlərə göndərdiyi müqəddəs kitablar "Oxu" kəlməsilə başlayır.

Allahın göndərdiyi 100 risalə 4 kitab, məhz insanın "əxlaq həyat" kitabıdır. "Zəbur", "Tövrat", "İncil" sonuncu müqəddəs kitab "Qurani-Kərim" Allah (Yaradan) insanlara fani dünyanın əbədi axirətin mahiyyəti barədə mükəmməl yol göstərir. Hətta Uca Yaradan gələcəyin necə olacağı, dünyanın sonunun ilə bitəcəyi haqda öz qüdrətindən pay verdiyi insana dəqiq xəbər verir.

Lakin şeytana uyduğuna görə, cənnətdən şeytanla bərabər Allahın altı günə yaratdığı yerə-faniyə, cəza yerinə, imtahan dünyasına qovulan insan, yerdə Allahın buyuruğuna, göndərdiyi peyğəmbərə, kitaba yox, daha çox şeytanın təlqin etdiyi insanı haqdan, ədalətdən, ibadətdən uzaqlaşdıran nəfsə qul oldu.

Beləliklə, Allah Adəm babamızla Həvva nənəmizin izdivacından dünyaya iki cüt övlad bəxş etdi, Habil Qabil hər biri əkiz bacı ilə dünyaya göz açdı. Böyüdülər, evlənmək məqamına yetişəndə Habilə Qabillə əkiz doğulan qızla, Qabilə Habillə əkiz doğulan qızla evlilik tövsiyyə olundu. Bu yerdə insanlığın ilk faciəsi baş verdi. Qabil onunla əkiz doğulan qızın gözəlliyinə vuruldu nəfsinə hakim olmadı, qardaşı Habili qətlə yetirdi.

Beləcə, cənnətdən şeytana aldandığına görə fani dünyaya qovulan insan, yerdə həmin səhvi təkrar etdi, özünü bütün insanlığı şeytanın çox dərin qazdığı nəfs quyusuna atdı.

Əziz oxucu, bunlar sadəcə, İlahinin insana buyurduğu mükəmməl həyatın tələbini bir daha hər kəsə xatırlatmadır. Allahın buyurduqlarını xatırlatmaq həm öyrənmək öyrətməkdir, haqqa, ədalətə dönüşdür.

İlahinin buyurduğu nemətlər prizmasından baxanda dünyada ölkədə cərəyan edən hadisələrə "pisdir-yaxşıdır" deyə qiymət versək, dünyanı idarə edən insanların şeytanın fətvasına uyduğunu, nəfsə qul olduqlarını tərəddüd etmədən etiraf etməliyik.

Məhz dünyanın səhv, şeytani hisslərlə, nəfsin təsirilə idarə olunması isə, ilk növbədə, dünyanı sümürməklə məşğul olan super dövlətlərin günahıdır. Bu yerdə təbii sual yaranır: digər dövlətlər superdövlətlərin işğalçılıq məqsədini həyata keçirməsinə mane ola bilməzlərmi?!

Bu sualın cavabını heç kim hələ indiyədək verə bilmir.

Baxın, hazırda 50 gündür dünyanın super gücləri ABŞ Avropa Ukraynanı Rusiyanın işğalından xilas etmək uğrunda savaşırlar. Minlərlə günahsız dinc insanın həyatına son qoyulur, 191-dən çox uşaq öldürülüb, amma Rusiya qan tökməkdən, günahsız insanları məhv etməkdən, Ukraynada adamlara insanlığın ən dəhşətli dramını yaşatmaqdan geri çəkilmir.

Hazırda insanlığın ən böyük qanlı faciəsini Ukraynada törədən faşist Rusiyasını müdafiə edən Azərbaycan insanını isə, başa düşmək olduqca çox çətindir. Ukraynada törədilən insanların faciəsi bir yana, Rusiyanın hərbi təcavūzūnū mūdafiə edən insanların son 2 yūz il ərzində Azərbaycan xalqının başına gətirdiyi saysız faciələri unutmaları insanı şoka salır və bu insanların azərbaycanlı olmasına ciddi şūbhə yaradır. Dünyada hökm sürən hazırkı böhranlı çətin dövrdə Azərbaycanda baş verən problemlərin kökündo də, məhz Rusiyanın və dūnyanın digər superdövlətlərinin gūnahkar olduğu çox aydın görünür.

Təbii sərvətlərlə zəngin olan Azərbaycan Rusiyanın təhdidi nəticəsində öz əhalisinin normal yaşamasını təmin edə bilmir. Rusiyanın himayəsinə sığınmış məmurlar xalqı soyur, talayır, insan kimi normal yaşamasına imkan vermir. Ölkə prezidenti bütün gücü ilə çalışsa da, rüşvət korrupsiyaya qurşanmış, Allahın insana yasaq etdiyi haram aşiqlərinin kökünü kəsmək mümkün olmur.

Bəli, insan Allahın yaratdığı ən böyük, ən qiymətli varlıq, yer üzünün əşrəfi möcüzəsidir. İnsan Allahın buyurduğu yolla gedəndə mələyə, şeytanla yoldaş olanda isə bəşəriyyət üçün bəlaya çevrilir. Təəssüf ki, hazırda dünyada ölkədə şeytanla eyni yolda olanlar üstünlük təşkil edir hələ hökmranlıq da onların əlindədir.

Yazının sonunda xeyli zamandı izlədiyim "Könül dağı" filmində sevdiyi kor qızı korluqdan xilas edən gözü açılandan sonra Rıfatı tərk edib, İstanbula gedən qızın xəyanəti nəticəsində dəli olan Rıfatın insanlara dediyi bir cümləni: "Verdiyi bir sualı : İnsan nədir, bilirsənmi?"- ifadəsini ssenari müəllifi təsadüfən seçməyib! Bu ifadə insanın Allah tərəfindən sadə varlıq kimi yaradılmadığına işarədir...

Allah haqq yolunda olanlara qüvvət versin! Amin!..

0.034830093383789