Vicdanını satmaq Məcburiyyəti

Vicdanını satmaq Məcburiyyəti
 

Peşəkarlıq üçün mühit şərait lazımdır

 Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox dəyərlər dəyişdi. Yəni mühit şərait dəyişdikcə, insanlar da dəyişməyə məhkum oldular. Əslində, bunu pis bir hal kimi qəbul etmirəm, lakin bir əmması var. Böyük təəssüflə qeyd etməliyəm ki, dəyişmə müsbətə yox, mənfiyə doğru daha sürətlə davam edir.

Məsələn, 30-40 il əvvəl rüşvət məmur özbaşınalığı halları olub, amma bu dərəcədə açıq həyasızcasına yox. Çünki o dövrün mühit şəraiti buna imkan vermirdi. Qanunlar ictimai nəzarət demokl qılıncı kimi, onların başları üstündə idi. Qanunların pozulması faktı aşkarlanarsa, kimliyindən asılı olmayaraq buna uyğun da cəza alacaqdı. Buna görə , insanlar həm qanundan, həm ictimai qınaqdan çəkinirdilər. Eyni zamanda rüşvət möhtəkirlik kimi hallara görə cəza çox ağır olurdu qaçılmaz idi.

İnsanların biri-birilərinə münasibəti, davranışları da, bugünümüzlə müqayisədə daha səmimi idi. Pulun həyatımızın bütün sahələrinə müdaxiləsi nəticəsində birdən-birə hər şey dəyişdi. İnsanlar arasındakı münasibətlər belə, pul müstəvisinə keçdi. Bunlar ölkəmizdə hər kəsin bildiyi həqiqətlərdir. Ona görə , sözü uzatmadan məni narahat edən bir məsələni sizinlə bölüşmək istəyirəm.

Heç kimə sirr deyil ki, Azərbaycanın səhiyyə sistemində baş verənlər, həlli müşkülə çevrilən insanların dəhşətə salan bir vəziyyətdədir. Dünyanın ən humanist peşələrindən birinə sahib olan həkimlər , bu qədər səmimiyyətdən uzaq, insanların həyatına sağlamlığına bu qədər biganə ola bilərlərmi? Bunun səbəbi nədir?

 Gəlin, bu barədə bir qədər düşünək. Necə olur ki, Azərbaycanda illərlə həkim, xəstəxana qapılarında qalsa da, müalicəsi üçün evini-eşiyini belə, satmağa məcbur olsa da, xəstəliyinə əlac tapmayan insan üz tutur əcnəbi məmləkətlərə-Türkiyəyə, İrana, Gürcüstana (söhbət daha inkişaf etmiş Avropa ölkələrində, İsraildə müalicə alan imkanlılardan getmir) az bir müddətdə orada şəfa tapıb qayıdır geri. Ən maraqlı məqamlardan biri odur ki, Azərbaycan həkimlərinin özləri belə, burada çalışan həmkarlarına etibar etmirlər, onlar da sağlamlıqlarında bir problem yarananda, xaricə üz tutur, azərbaycanlı xəstələrdən taladıqlarını əcnəbi həkimlərə yedirirlər. Poradaosdur elə deyilmi?

Burada daha maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm, həmin ölkələrdə xəstəni müalicə edən, ona şəfa verən , məhz soydaşqlarımız olur.

Məni bu yazını yazmağa vadar edən, məhz bu amil oldu. Bugünlərdə saytların birində oxudum ki, 10 ildən artıq Azərbaycanda xəstəliyinə çarə tapa bilməyən bir xanım, yaxınlarının təkid məsləhəti ilə Türkiyəyə gedir. burada şəfa tapır. Onu müalicə edən həkim isə azarbaycanlı olur. Bu sadəcə diqqətçəkən bir fakt deyil, həm günümüzün reallığıdır. Belə faktlar isə saysız- hesabsızdır. Bir vaxtlar Azərbaycanda dərdinə dərman tapa bilməyən bir tanışım, nəhayət borc-xərclə Almaniyaya gedir qısa bir zamanda tam müalicə olunaraq evinə qayıdır. Onu müalicə edən , Azərbaycanda öz ixtisasına uyğun bir tara bilməyə həkim həmyerlimiz olmuşdu. Maraqlıdır, deyilmi?

üçün, Azərbaycanda tapa bilməyən, yüksək peşəkarlığa malik insanlar, məhz əcnəbi ölkələrdə özlərini təsdiq edə bilirlər? Bunun səbəbi çox dərinlərə gedir.

Çoxdanın söhbətidir, sovet dönəminin 70-80- illəri, o zaman "Semaşko" adlanan xəstəxanada müalicə alırdım (bronxial astma). Müalicə həkimim həm Tibb İnstitutun (hazırda Tibb universiteti) müəllimi idi vaxtaşırı tələbələrini xəstəxanaya təcrübəyə gətirirdi. O dövürdə Tibb İnstitutunda oxuyanlar əsasən imkanlı ailələrin uşaqları olurdular bu tələbələrin davranışlarından, geyimlərindən hiss olunurdu.

Maraqlıdır ki, 20-30 nəfərlik bir qrupda xəstələrlə, onların müalicəsi ilə maraqlanan cəmi 2 tələbə var idi. Onlar həm öz davranışları geyimləri ilə digərlərindən fərqlənirdilər. Burada jurnalist marağım mənə güc gəldi həkimdən bu gənc qız oğlan barəsində sual etdim soruşdum ki, belə soyuq havada (noyabr ayının axırları idi) onlar üçün belə yüngül geyiniblər. Həkimin cavabı çox düşündürücü oldu: "Bunlar gələcəyin həkimləridir, qalanları isə poliklinikalarda xəstəxanalarda vaxt keçirənlərdən olacaq".

Bax belə, millət, həmin vaxtkeçirənlər hazırda Azərbaycan səhiyyəsinin "qaymaq"larıdır, həkim olanlar isə buradakı şəraiti, tələb təklifləri qəbul etmədiklərindən, vaxt keçirib, pul yığa bilmədiklərindən, əcnəbi məmləkətlərə üz tutmaq məcburiyyətində qalıblar.

Bu da onu deməyə əsas verir ki, peşəkarlıq ilk növbədə həm mühit şəraitdən asılıdır.

Hazırda Azərbaycan cəmiyyətində mühit şərait elə bir vəziyyətdədir ki, insanın burada normal işləməsi bir yana, yaşaması belə, çox çətindir. Buna görə , həkimləri belə, qınamaq çox çətin olur. Amma vicdan deyilən bir şey var, onu itirən, yaxud nəfsinin qurbanına çevrilənlər daha təhlükəlidirlər.

P.S. Bunu bir dəfə yazılarımda qeyd etmişdim, yeri gəldiyi üçün bir daha diqqətinizə çatdırmaq istəyirm, çünki təkrarın xeyri var ki, zərəri yoxdur.

Çox mehriban, səmimi, eyni zamanda öz peşəsinin vurğunu olan bir həkim tanışım var idi. Ən ağır durumlarda belə, məni düşdüyüm vəziyyətdən çıxarar, heç bir təmənna ummazdı. Günlərin birində, təxminən 3-4 il əvvəl onun qəbuluna getdim. Məni yenə əvvəlki kimi səmimi qarşıladı, müayinə etdi, resept yazdı. Resepti aptekə verib dərmanları alanda, məni soyuq tər basdı. Həkim əvvəl təyin etdiyi bütün dərmanları dəyişib, mənə az, çox, düz 260 manatlıq firma dərmanlarını (daha doğrusu, qida əlavələrini) sırımışdı. Zəng edib, səbəbini soruşanda verdiyi cavab daha şaşırdıcı oldu;"Bağışla, məni vicdanımı satmağa məcbur etdilər". Bilirsiniz , bu necə olur. Adamı çağırıb deyirlər:"Ya biz dediyimiz kimi işləyəcəksən, ya da özünə başqa yerdə tap". Burası Azərbaycan! 

Yəqin ki, əlavə şərhə heç bir lüzum yoxdur.

Yusif Seyid

0.075951099395752