Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - I yazı

Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - I yazı
 

Siracəddin Hacı:

1) Avropa Birliyinin mövqeyi
- Avropa Birliyi Azərbaycanla Ermənistan arasında ikinci görüşü təşkil etdi. Birinci görüşdən əsas fərq bu idi ki, görüş Rusiyanın Ukraynanı işğal siyasətinin davam etdiyi mərhələdə gerçəkləşdirildi. Bu məsələ görüşün siyasi məzmununa ciddi təsir göstərdi;
- Avropa Birliyi Qarabağ məsələsini – Güney Qafqazı Rusiyanın təsir məkanından çıxarmağa çalışır;
- Avropa Birliyinin Qafqaza yerləşmək hədəfi var, bu hədəfin gerçəkləşməsinin önündəki ən böyük maneə də Azərbaycanla Ermənistan arasındakı problemdir. Qarabağ məsələsi həll olunmasa, Rusiyanın Qafqazdan çıxması – bu bölgədə zəifləməsi çətin işdir;
- Avropa Birliyi Rusiyanın mövqeyinin zəifləməsi üçün Azərbaycanla Ermənistanın birbaşa görüşməsini istəyir, yardımını təklif edir, yeni savaşdan qaçın deyir – bu, Rusiyanın mövqeyini gücləndirəcək;
- Avropa Birliyi fürsətdən istifadə edərək Ukrayna məsələsində Rusiyaya qarşı olan ittifaqı genişləndirməyə can atır;
- Avropa Birliyi Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını zəruri sayır;
- Avropa Birliyinin Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı mövqeyi bəlli deyil, indiki mərhələdə bunu açıqlamır, məsələyə mərhələli yanaşır, ən həssas məsələnin bu olduğunu bilir: status olacaq desə, Azərbaycan, yoxdur desə, Ermənistan uzaqlaşacaq, nəticədə, Rusiyanın mövqeyi güclənəcək. Bunu təklif edir: öncə sərhədləri dəqiqləşdirin, sülh sazişini hazırlayın, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanıyın;
- görüşüm budur ki, Avropa birliyinin Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı planının beş ölçüsü var:

1) Qarabağ/Arsax müstəqil dövlət olmalıdır fikrini rədd edir;

2) Qarabağ Ermənistana birləşdirilməlidir tezisini anlamsız sayır;

3) Qarabağ ermənilərinə heç bir status verilməyəcək anlayışını doğru hesab etmir;

4) Qarabağ ermənilərinə Azərbaycanın tərkibində status verilməsi zəruridir deyir;

5) bu statusun təminatçısı olmaq istəyir;
Ardı var…

Paralel.az

0.018364906311035