Ukrayna ordusunun gücü yalnız Javelin və NLAW ilə bağlı deyil

Ukrayna ordusunun gücü yalnız Javelin və NLAW ilə bağlı deyil
 
 
Osman Gündüz:
Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, Ukrayna səmasında çoxsaylı ölkələrin yüzlərlə çoxfunksiyalı dronları da uçur :
1. Türkiyənin Bayraktar TB2 dronları
2. Türkiyənin Akinci dronları
3. Türkiyənin Mini-Bayraktar dronları ( asan daşına bilir, çuş zolağı lazım olmur- əl ilə uçurdulur, paraşütlə enir, 30 km uzaqlıdan idarə oluna bilir, obyekti daha müasir üsullara aşkara çıxarır)
4. ABŞ, Switchblade 300/600 dronları (kamikadze)
5. ABŞ, RQ-20PUMA (kəşfiyyat dronu)
6. ABŞ, RQ-4 Global Hawk (kəşfiyyat dronu)
7. Ukrayna, SOKOL-300 (kəşfiyyat və zərbə dronu)
8. Ukrayna, AİST -100 dronu (kəşfiyyat dronu)
9. Ukrayna, Stealth ACE ONE (kəşfiyyat dronu, radarlar tutmur)
10. Ukrayna, “Oxotnik” dronu (zərbə dronu) və s.
Müharibə başlayandan sonra Böyük Britaniya, Avstraliya, Estoniya və digər ölkələrin də Ukraynaya xeyli sayda dronlar verdiyi bildirilir
Müharibə başlayanda Ukrayna Müdafiə Nazirliyi bütün həvəskar dron operatorlarına və dron sahiblərinə ordu ilə əməkdaşlıqla bağlı müraciət etmişdi .
Ukrayna ordusunda həvəskarlar tərəfindən hazırlanan dronlardan, həmçinin məşhur DJİ Mavic dronlarından düşmənə qarşı istifadə ilə bağlı, hətta “Molotov” kokteyli atan dronlarla bağlı da məlumatlar verilib.
 
0.020776033401489