Ramazan məktubları - IV məktub

Ramazan məktubları - IV məktub
 

Siracəddin Hacı:

Əziz analar, atalar! Bu əlamətlər övlada PSİXOLOJİ TƏZYİQİN göstəriciləridir:
- yersiz tənqid edilirsə;
- davamlı şikayət eşidirsə;
- başqaları ilə müqayisə olunursa;
- duyğuları ələ salınırsa;
- uğurları görülmürsə;
- dəyişkən müasibət göstərilirsə - bir gün yaxşı, bir gün pis;
- hər şeyə nəzarət varsa;
- yasaqlayıcı davranış göstərilirsə;
- qorxudulursa;
- məsələlər qışqırıqla həll olunursa;
- danlamaq peşəyə çevirilmişsə;
- söz haqqı tanınmırsa;
- göz təması qurulmursa;
- sən bacarmazsan deyilirsə;
- əməyinə dəyər verilmirsə;
- layiq olduğu tərif deyilmirsə;
- üzdə gülüş yoxdursa;
- mənəvi-fiziki toxunmadan məhrumdursa;
- ona qulaq asmırlarsa;
- iş tapşırılmırsa;
- fikri soruşulmursa;
- sosial əlaqələr qurmağa imkan verilmirsə;
- anan, atan olmayacağam deyilirsə;
- şərtli sevgi varsa – yaxşı oxusan hədiyyə var, oxumasan yoxdur;
- davamlı əmr feilləri seçilirsə;
- onlara xeyirli vaxt ayırılmırsa;
- deyingənlik varsa;
- oynamasına icazə verilmirsə;
- yalançı, qorxaq, əfəlsən deyilirsə;
- atası/anası ilə hədələnirsə;
- ana atanı, ata ananı pisləyirsə;
- pul sərt şərtlərlə verilirsə;
- seçim haqqı tanınmırsa;
- yox sayılırsa;
Psixoloji təzyiqlə böyüyən uşaqlar qorxaq, ümidsiz, güvənsiz olur, ciddi sosial bağlar qurmağı bacarmır, haqlarını tələb edə bilmirlər.
Adını unutduğum bir psixoloq belə deyir: “İSTƏR BACARACAĞAM, İSTƏRSƏ DƏ BACARMAYACAĞAM DE, İKİ HALDA DA HAQLI OLACAQSAN” – yəni seçimin qədərin olacaq!

Paralel.az

0.020956993103027