Nostradamusun 2022-ci il ilə bağlı proqnozları - "İnsanlar çarəsizlik içində bir-birlərini yeyəcəklər"

Nostradamusun 2022-ci il ilə bağlı proqnozları -
 
Hər dediyi doğru çıxan məşhur görücü Nostradamusun 2022-ci il ilə bağlı proqnozları ortaya çıxıb. 
 
Paralel.az Qərb mediasına istinadən verdiyi xəbərə görə, Hitlerin yüksəlişindən 11 sentyabr hücumlarına qədər bir çox hadisəni qabaqcadan görən Nostradamusun yazdığı qeydlərdə 2022-ci il ilə bağlı proqnoz da yer alıb. 
 
Aclığın 2022-ci ildə başlayacağını qeyd edən Nostradamus "Buğdanın qiyməti o qədər yüksələcək ki, insanlar kişi və ya qadın olmasından asılı olmayaraq, çarəsizlik içində bir-birlərini yeyəcəklər", - deyə bildirib.
 
Qeyd edək ki, 2021-ci il üçün iqlim fəlakətləri barədə xəbərdarlıq edən və Kaliforniyada böyük zəlzələdən danışan Nostradamus 2022-ci il üçün heç də ürəkaçan proqnozlar verməyib.
0.032544851303101